SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəalların saxlanma xəbəri Beynəlxalq Əfv Təşkilatının hesabatında

2021.10.20, 07:36
Güney azərbaycanlı fəalların saxlanma xəbəri Beynəlxalq Əfv Təşkilatının hesabatında

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin cəhdləri nəticəsində İranda keçirilən son etirazlar zamanı tutulan güney azərbaycanlı fəalların saxlanma xəbəri Beynəlxalq Əfv Təşkilatının yeni hazırladığı hesabatda öz əksini tapıb.

 

Hesabatda İranda etirazlar zamanı 304 nəfərin qətlə yetirildiyi, minlərlə etirazçının isə saxlandığı və işgəncə edildiyi qeyd olunub.

 

Beynəlxalq Təşkilatın raportunda güney azərbaycanlı fəallar Əkbər Mühaciri, Əyyub Şiri, Davud Şiri, Babək Hüseyni Müqəddəm, Məhəmməd Mahmudi, Şahin Bərzgər və Yaşar Pirinin saxlanmasına da işarə olunub. Bildirilib ki, bu şəxslər Təbrizdə öz iş yerlərində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

“Şərqi və Qərbi Azərbaycanda etniklərin hüquqları zəminində aktiv olan fəallar hücuma məruz qalaraq saxlanılıb. Onların analarının verdiyi məlumata görə, məsullar onlara əzizləri haqda heç bir məlumat verilməyəcəyini bildirib. Məsullardan biri deyib ki, sizin övladlarınızla istədiyimiz kimi davrana bilərik. Onları istədiyimiz qədər, hətta 10 il  təcridxanada saxlaya da bilərik... Onları edam edəcəyik, siz heç nə edə bilməzsiniz.”- deyə hesabatda saxlanılanların ailə üzvlərinə olan münasibətlə bağlı qeyd olunub.

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi bir həftə öncə noyabrda keçirilən etirazlarda öldürülən, yaralanan və saxlanılan azərbaycanlıların siyahısını Birləşmiş Millətlər Təşkilatı və insan hüquqları qurumlarına təqdim edib. Bu, Ərk Cəmiyyətinin etirazlarla bağlı təqdim etdiyi üçüncü hesabat olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar