SON XƏBƏRLƏR

Güney azərbaycanlı fotoqraf beynəlxalq festivalda qızıl medal qazanıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fotoqraf beynəlxalq festivalda qızıl medal qazanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Əhər şəhərindən olan fotoqraf Səid Qasimi Qırğızıstanda keçirilən FIAP Beynalxalq Filarmoniya festivalında qızıl medal qazanıb.

 

Tanınmış fotoqraf bu barədə yanvarın 16-da mətbuata danışıb.

 

“Milli park «Ala Archa» beynəlxalq fotoşəkil festivalı Asiyalı Fotoqraflar Dərnəyi tərəfindən, Qırğızıstanın Fokus və Beynalxalq İncəsənət Federasiyasının nəzarəti ilə baş tutub.”- deyə o bildirib.

 

Festival bir neçə bölümdə keçirilib.

 

Soydaşımız festivalda ənənəvi boyama əsəri ilə qızıl medala layiq görülüb.

 

Xudafərin məntəqəsinin Skanlu kəndində dünyaya göz açan Səid Qasimi Əhər şəhərində yaşayır. O bundan əvvəl milli və beynalxalq festivallarda 40-dan çox mükafata layiq görülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar