SON XƏBƏRLƏR

Güney azərbaycanlı fotoqraf “Qaradağ” Fotosərgisi keçirir – Kanadada / GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney azərbaycanlı fotoqraf “Qaradağ” Fotosərgisi keçirir – Kanadada / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Kanadanın Montreal şəhərində “Qaradağ” adlı fotosərgi keçirilir.

 

“Əhər xəbər”in yaydığı məlumata görə, “Philippe Panneton” kitabxanasında keçirilən sərgi fevralın 28-dək davam edəcək.

 

Sərgi əhərli xanım fotoqraf Məhnaz Zəncirzəninin təşəbbüsü ilə keçirilir.

 

Sərgidə tarixi məkanlar, kənd həyatı, insanla təbiətin qarşılıqlı əlaqəsi, uşaq və böyüklərin sadə həyatı və s. əks etdirən şəkillər nümayiş etdirilir.

 

 

İranın rəsmi mənbələrində “Qaradağ bölgəsi” təhrif olunaraq “Ərəsbaran” adlandırılır. Bu kimi təhriflərə Güney Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək mümkündür. Kanadanın ikinci böyük şəhərində keçirilən sərgi Qaradağ bölgəsinin əsl kimliyini nümayiş etdirmək məqsədi güdür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar