Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21 11:36

Güney azərbaycanlı gənc Puya Hüsenzadə ixtira etdiyi yeni növ tənəffüs maskasına görə, "Paris-2021" beynəlxalq dizayn mükafatına layiq görülüb.

Gunaz.tv Quote | Gunaz article

""Hoyto", zərərli qazların, virusların və infeksiyaların tənəffüs sisteminə keçməsinin qarşısını alan, dərman spreyinin ağıllı mexanizmindən də istifadə edən çoxməqsədli bir üz maskasıdır. Maska vaxtında və avtomatik olaraq bir doza dərman qəbul etməsi lazım olan insanlara kömək edir"-deyə, təbrizli gənc yeni ixtirası haqqında danışarkən bildirib.

Puya Hüsenzadə  deyib ki, bu ağıllı maskanın sistemində mobil telefonuna quraşdırıla bilən bir proqram var, bu vasitə ilə maskadan istifadə edən şəxs istifadə etdiyi dərmanın vaxtı çatanda, təyin olunan dozada əllə toxunmadan müəyyən olunmuş miqdarda dərman qəbul edə bilər.

“Bir çox insan maskaları birdəfəlik və ya xoşagəlməz dizaynı ilə tanıyır. Maskaların istifadəsi koronavirusun yayılmasının qarşısını almaq üçün ən vacib vasitələrdən biri olsa da, qeyri-standart, bir dəfəlik və ənənəvi maskaların istifadəsi insanlar üçün darıxdırıcı olur"-deyə, o, yerli mətbuata verdiyi müsahibədə deyib. 

Puya Hüsenzadə bildirib ki,  "Hoyto" maskası astma, ürək xəstəliyi və hətta koronavirusu olan insanların sağlıq durumunu nəzərə alaraq, əlverişli bir seçim olaraq hazırlanıb. 

"Bu maskalar gözəl görünüşü ilə yanaşı, dəyişdirilə bilən filtrlərə malik olduğu üçün, masknın deyil, yalnız filtirin dəyişdirilməsi ilə maska yenilənmiş olur.

Koronovirus xəstəliyinin başlamasından bəri bir sıra qohumlarımın xəstəlik problemləri nəzərə alaraq, belə bir maska dizayn etməyi düşündüm. Bu yöndə çeşidli araşdırmalar aparıb, ideyaları incələdikdən sonra son variant olaraq bu modelin düzəldilməsinə qərar verdim"-deyə, təbrizli ixtiraçı bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30