SON XƏBƏRLƏR

Güney azərbaycanlı idmançı vuşu üzrə dünya çempionu olub

2021.10.20, 07:36
Güney azərbaycanlı idmançı vuşu üzrə dünya çempionu olub

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı idmançı Yusif Səbri vuşu üzrə dünya çempionatında qızıl medal qazanıb.


Tanınmış ərdəbilli idmançı çərşənbə günü Çinin Şanxay şəhərində keçirilən 15-ci dünya çempionatında rəqiblərini məğlub edərək dünya çempionu olub.

 

Birinci Pakistan və Fransa təmsilçilərini məğlub edən azərbaycanlı idmançı yarışların yarımfinal mərhələsində Tunisdən olan Məhəmməd Reyhaya qalib gəlib. O final yarışında Mərakeşdən olan Səd Borikanı məğlub etdikdən sonra çempionatın qızıl medalını qazanıb.

 

Yusif Səbri 2017-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən dünya çempionatında da qızıl medal qazanarraq dünya çempionu olmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar