SON XƏBƏRLƏR

Güney azərbaycanlı mədəni fəal Zeynəb Həmrəngin azadlığa buraxılması üçün ağır mülki vəsiqə qərarı təyin olunub

2021.10.20, 07:36
Güney azərbaycanlı mədəni fəal Zeynəb Həmrəngin azadlığa buraxılması üçün ağır mülki vəsiqə qərarı təyin olunub

Gunaz.tv

GünAz TV: Yanvar ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı mədəni fəal xanım Zeynəb Həmrəngin azadlığa buraxılması üçün ağır mülki vəsiqə qərarı çıxarılıb.

 

Məlumata görə, fəalın müvəqqəti sərbəst buraxılması üçün 6 milyard rial dəyərində mülki vəsiqə təyin olunub. 

Azərbaycanlı xanımın həyat yoldaşı cənab Seyfi təyin olunan vəsiqəni təmin etmək gücündə olmadığını bildirib.


Zeynəb Həmrəng Seyidbəyli yanvarın 14-də Tehranda qızı ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


Yaxınlarının verdiyi məlumata görə, fəal saxlanıldığı zaman evində axtarış aparılıb, təhlükəsizlik qüvvələri ona məxsus bəzi şəxsi əşyaları özləri ilə götürüblər.


Zəynəb Həmrəngin qızı saxlandığı gün sərbəst buraxılıb, lakin o bu günədək təcridxanada saxlanılır.


Adını çəkdiyimiz mədəni fəal Güney Azərbaycanın Muğan məntəqəsindəndir. O Tehran şəhərinin məktəblərində müəllim kimi işləyir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar