Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13 09:12

Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif Karinin aclıq aksiyasına əl atmasından sonra Ərdəbil həbsxanasında saxlanılan daha üç güneyli siyasi məhbus aclığa başlayacaqları barədə məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi iyunun 12-si axşam saatlarında yaxınları ilə telefon əlaqəsi zamanı Abbas Lisaninin irəli sürdüyü tələbləri dəstəklədirklərini bildiriblər.

Onlar Abbas bəyə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulacaqlarını deyibllər.


Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını vurğulayıblar.


 Bununla yanaşı iyunun 12-si səhər saatlarından eyni istəklərlə aclıq aksiyasına əl atan Yusif Kari bu gündən quru aclıq aksiyasına başlayıb. 


Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gündən etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.


O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.


Bu ilin yanvar ayında Yusif Kari məhkumluq növlərinə görə məhbusların saxlanılma bölmələrinin ayrılmaması və həbsxana məsullarının təzyiqlərinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Abbas Lisani başda olmaqla Ərdəbil və Tehran həbsxanalarında saxlanılan 7 güney azərbaycanlı siyasi məhbs ona qoşulmuşdular.


8 gün davam edən bu aksiya güneyli siyasi məhbusların birliyi nəticəsində Yusif Karinin istəklərinin yerinə yetirilməsi və həbsxana məsullarının geri oturması ilə nəticələnib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03