Güney azərbaycanlı məsullardan məktəblərdə türk dilinin tədrisi ilə bağlı yeni açıqlamalar

13.09.2019, 08:11

GünAz TV: Yerli məsullar Güney Azərbaycan məktəblərində türk dili dərslərinin eksperimental tətbiqi haqda yeni açıqlamalar veriblər.

 

Yeni layihəyə münasibət bildirən məsullardan biri də Ərdəbil Əyaləti Şurasının rəisi Yaqub Haşimidir.

 

O bu barədə sentyabrın 12-də Əyalət Şurasının üzvləri ilə keçirdiyi iclasda danışıb.

 

 

 

“Məktəblərdə türk dilinin tədrisi ilə bağlı ölkə səviyyəsində və bəzi azəridilli (türkdilli nəzərdə tutulur) əyalətlərdə müəyyən işlər görülüb. Ümid edirik ki, Ərdəbil Əyaləti Təhsil İdarəsinin səyi nəticəsində əyalət əhalisinin əsas tələblərindən biri kimi, məktblərdə türk dilinin tədrisi məsələsi diqqətə alınacaq.”- deyə o bildirib.

 

Qərbi Azərbaycan Təhsil İdarəsinin rəisi İbrahim Məhəmmədi isə məktəblərdə türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlanıla biləcəyini qeyd edib.

 

O bu barədə Urmiyənin millət vəkili Hadi Bahadurinin iştirakı ilə Məktəblərə Nəzarət Şurasının keçirdiyi iclasda danışıb.

 

 

 

“Məktəblərdə ana dilinin tədrisi “məktəblərin xüsusi proqramı” çərçivəsində və həftədə iki saat həyata keçirilə bilər, biz buna dəstək veririk.”- deyə o bildirib.

 

Ötən günlərdə Ərdəbil Əyaləti Təhsil İdarəsinin rəisi Əhməd Nasiri də təmsil etdiyi əyalətin məktəblərində türk dilinin tədrisinə başlanıla biləcəyini qeyd etmişdir. O bəyan edib ki, Ərdəbil Əyaləti Təhsil İdarəsi Şurası təsdiq edərsə, həmçinin kitabların məzmunu müəyyən edilərsə, bəzi məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.

 

Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri də sentyabrın 7-də yeni dərs ilində əyalət məktəblərində türk dili dərslərinin eksperimental tətbiqinə başlanılacağını bildirmişdir.  O dərsliklərin hazır olduğunu və təsdiq edilmək üçün parlamentin araşdırma mərkəzinə göndərildiyini də diqqətə çatdırmışdır.

 

Ondan bir neçə gün əvvəl isə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri oxşar açıqlama ilə çıxış etmişdir.

Layihənin bütün əyalətlərə aid olduğunu deyən millət vəkili türk dilinin tədrisi üçün Zəncan Əyaləti Təhsil İdarəsi tərəfindən 5 cild kitab hazırlandığını, bu kitabların parlamentin Təhsil Komissiyasının üzvlərinə göstərildiyini demişdir. Hadi Bahaduri vurğulayıb ki, artıq türk dilinin tədrisi üçün standart kitablar var və standart kitabın olmaması bəhanəsi ortadan qalxıb.

 

Avqust ayında Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşayi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirmişdir. Onun sözlərinə görə, Şərqi Azərbaycanın bəzi məktəblərində şagirdlərə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

Hələlik türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqi haqda geniş məlumat yoxdur. Layihənin təfərrüatı məlum olmadığı üçün bu barədə dəqiq heç nə demək mümkün deyil. Lakin bu layihə məktəblərdə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasını unutdurmaq məqsədi ilə həyata keçiriləcəksə, həmçinin dərsliklərin mətni türk dilindən daha çox fars dilini əks etdirəcəksə, o zaman dövlətin qeyri səmimi olduğu bir daha üzə çıxacaq.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29