SON XƏBƏRLƏR

Güney azərbaycanlı millət vəkilləri parlament seçkilərinin əyalət bazasında keçirilməsinə münasibət bildiriblər

2021.10.20, 07:36
Güney azərbaycanlı millət vəkilləri parlament seçkilərinin əyalət bazasında keçirilməsinə münasibət bildiriblər

Gunaz.tv

GünAz TV: Təbriz, Əhər və Marağanın millət vəkilləri parlament seçkilərinin əyalət bazasında keçirilməsini müsbət qarşılayıblar.

 

İran parlamentinin şuralar komissiyası ötən günlərdə parlament seçkilərinin əyalətlər bazasında keçirələcəyinə dair təcili layihəni qəbul etdikdən sonra bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunmağa başlayıb.

 

Bu barədə məlumat yayan İran Parlamentinin mətbuat orqanı “Millətin Evi” xəbər agentliyi layihənin lehinə və əleyhinə səs verən bir neçə millət vəkilinin fikirlərini dərc edib.

 

Seçkilərin əyalət təməlində keçirilməsini dəstəkləyən Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar deyib ki, millət vəkillərinin əyalət bazasında seçilməsi parlamentin “milliləşməsinə” yol açacaqdır.

 

Marağanın millət vəkili Əli Cəlili Şişvan və Əhər şəhərinin millət vəkili Beytullah Abdullahi də seçkilərin əyalətlər bazasında keçirilməsini müsbət dəyərləndiriblər.

 

Layihə yekun mərhələdə təsdiq edilsə, gələcək seçkilərdə millət vəkili namizədləri artıq seçkilərdə şəhərləri deyil, əyalətləri təmsil etmək üçün yarışacaqlar.

 

İranda yaşayan millətlərin seçkilər qanununun dəyişdirilməsinə dair münasibətləri yaşadıqları bölgə və şəraitə görə dəyişir.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar