SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli fəal Əkbər Nəimi müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı milli fəal Əkbər Nəimi müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV:  İki ay öncə həbs edilən güney azərbaycanlı milli fəal Əkbər Nəimi Tehranın Evin Zindanından müvəqqəti azadlığa buraxılıb.

 

Nəimi, daha öncə ailəsi ilə telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu korpusunun ümumi kamerasına köçürüldüyünü bildirmişdi.

 

Tehran İnqilab Məhkəməsinin Evin zindanındakı şöbəsi milli fəal barəsində 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarmışdı lakin fəalın ailə üzvləri fevralın 19-da mülki vəsiqə girov qoymaq üçün şöbəyə müraciət etsə də, hakim onun sərbəst buraxılmasına icazə verməmişdi.

 

 

Ə.Nəimi yanvarın 22-də, öz iş yerində saxlanmış və naməlum istiqamətdə aparılmışdı. Saxlandıqdan sonra təhlükəsizlik orqanlarının əməkdaşları onun evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları özləri ilə götürmüşdür.

 

Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.

 

 

Ü.F  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar