Güney azərbaycanlı milli fəal Əli Əzizi məhkəməyə çağırılıb

2020-09-10 11:28

Güney azərbaycanlı milli-mədəni fəal, Urmiya sakini Əli Əzizi Təbrizin Cəza məhkəməsinə çağırılıb.

Gunaz.tv Quote | Gunaz article

Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən, “kiber məkanda yalan yaymaq”da günahlandırılan Əzizi oktyabrın 21-də, Təbriz Cəza Məhkəməsinin 107-ci şöbəsinə müraciət etməlidir.

 

Milli fəal həmçinin “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq”da günahlandırılıb. Bu ittihamlara isə sentyabrın 14-də Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılacaq.

 

Bundan əvvəl Əzizi və daha 5 güney azərbaycanlı fəal 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə, “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 1.5 milyon tümən nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilmişdilər.

 

Təhlükəsizlik qüvvələri fevralın 23-də Əzizinin ata evinə müraciət edərək onu yaxalamışdı. Əzizi martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

Daha sonra təyin edilən mülki vəsiqənin məbləği 650 milyon tümənə qaldırılıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18