Güney azərbaycanlı milli fəal Nasir Xulusi məhkəməyə çağırılıb

2020-08-29 13:07

Güney azərbaycanlı milli fəal Nasir Xulusi Təbrizin İnqilab və Cinayət məhkəmələrinə çağırılıb.

Gunaz.tv Quote | Gunaz article

Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən, Xulusi sentyabrın 7-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir.

 

Fəalın öz İnstagram səhifəsində yazdığı məlumata əsasən, o, GAMAC/ Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsi qruplarında üzv olmaq və rejim əleyhinə təbliğat aparmaqda günahlandırılıb.

 

Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən digər çağırış vərəqəsində isə milli fəalın “yalan məlumat yaymaq” ittihamına görə sentyabrın 14-də Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsinə müraciət etməsi istənilib.

 

Xulusi ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək hər hansı bir cinayət işlədiyinə dair heç bir sübutun olmadığını, 2017-ci ildə həbsdən çıxdıqdan etibarən heç bir siyasi fəaliyyət göstərmədiyini bildirib.

 

Xulusi ona qarşı 3 dəfə yeni ittihamların qaldırılmasını təhlükəsizlik qüvvələrinin onu şərləmə təşəbbüsü olaraq dəyərləndirib.

 

“Birinci dəfə Ettelaat həbsxanasında heç bir sübut olmadan GAMAC / Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsi qrupunda üzv olmaqda ittiham edildim. İkinci dəfə zaminə buraxıldıqdan 4 ay sonra yalan məlumatlar yaymaq və rejim əleyhinə təbliğat aparmaqda günahlandırdım, hansı ki 3 il əvvəl də eyni ittihamlarla üzləşmişdim. Sadəcə bu dəfə GAMAC yerinə Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsinə üzv olmağım ittihamı irəli sürülmüşdü. Yəni 7 ay sonra bunu başa düşüblər... dünyanın harasında belə şey mümkündür?,” deyə Xulusi qeyd edib.

 

Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdı. O, bir neçə ay sonra Urmiya Məhkəməsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilmişdi. 

 

Nasir Xulusi 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılsa da təxminən 4 ay sonra 2018-ci il fevralın 15-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21