Güney azərbaycanlı milli fəal Səhənd Məali məzuniyyətə buraxılıb

2020-08-24 17:57

Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məali Sarab həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Məali koronavirusun həbsxanada yayılması səbəbindən avqustun 24-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında 30 gün müddətinə məzuniyyətə buraxılıb.

 

Daha əvvəl prokurorluq tərəfindən Məalinin sərbəst buraxılması üçün qəbul edilən mülki vəsiqə ailə tərəfindən təmin olunsa da hökmləri icra edən şöbənin hakimi milli fəalı məzuniyyətə buraxmırdı.

 

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralın 16-da sərbəst buraxılmışdı.

 

Buna baxmayaraq təhlükəsizlik qüvvələri iyunun 30-da Məaliyə onun dosyelərinin birləşdirilmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək milli fəalı həbs edərək yenidən Sarab zindanına köçürüblər.

 

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Qeyd edək ki, koronavirus yayılmasının ikinci dalğası ilə əlaqədar məhbusların məzuniyyətə göndərilməsi barədə yeni qərar çıxarılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq İranın məhkəmə-təhlükəsizlik orqanları bir neçə milli fəalın, o cümlədən Lətif Həsəni, Abbas Lisani,  Tövhid Əmir Əmini, Əlirza Fərşi, Behnam Şeyxi, Kiyanuş Aslani, Həmid Manafi Nadarlı, Cəfər Rüstəmirad və Yusif Karinin müvəqqəti azadlığa buraxılmalarına icazə vermir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16