SON XƏBƏRLƏR

Güney Azərbaycanlı milli-mədəni fəal Meysəm Colani saxlanılıb

2021.10.20, 07:36
Güney Azərbaycanlı milli-mədəni fəal Meysəm Colani saxlanılıb

Gunaz.tv

GünAz TV: Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Hadisə noyabrın 17-də baş verib. Yaxalanarkən döyülən fəalın naməlum istiqamətə aparıldığı bildirilir.

 

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atır.

 

Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardan biridir. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar