Güney azərbaycanlı milli-mədəni fəal Səid Minayi təqib və təzyiqlərə məruz qalır

11.11.2019, 08:34

GünAz TV: Binab və Marağa şəhərlərindən əldə edilən məlumata görə, güney azərbaycanlı milli-mədəni fəal və “Milli düşüncə” Teleqram kanalının müdiri Səid Minayi müəyyən şəxslərin vasitəsi ilə məhkəmənin təqib və təzyiqlərinə məruz qalır.


Məlumata görə, kanalında “Marağada paniranistin erməni lobbisi ilə birləşməsi” məqaləsini yayan Binab sakini Səid Minayi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təhdidə məruz qalıb. “Araz Marağalı” adı ilə yayılan məqalə bir çox teleqram kanalında dərc olunub. Lakin “Araz Marağalı”nın taxma ad olduğu bildirilir. Məqalədə Əsğər Məhəmmədzadənin qələmə aldığı “Darül mülk-i Marağa” kitabı tənqid olunub.


Məlumata görə, Səid Minayi məqaləni Teleqram kanallarından götürüb öz kanalında yaydıqdan sonra Əsğər Məhəmmədzadə ona zəng edərək irad bildirib. Səid Minayi isə məqaləni dərc etdikdən 12 saat sonra onu “Milli düşüncə” kanalından silib. Bundan sonra Əsğər Məhəmmədzadə, Səid Minayi ilə əlaqə saxlayaraq ona öz təöşəkkürünü bildirib.


Məsələ bununla yekunlaşmayıb. Bir müddət sonra Əsğır Məhəmmədzadə gözlənilməz qərar verib və Səid Minayidən şikayət edib. Kitabın müəllifi bununla guya əsərini tənqid edən məqalənin əsl müəllifini tapmaq istəyib.


Azərbaycanlı fəal Səid Minayi edilən şikayət üzrə saxlanılıb. O Marağa məhkəməsinin 2-ci şöbəsində mühakimə edildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.


Gürcüstanda tarix üzrə təhsil alan Əsğər Məhəmmədzadənin paniranist qüvvələr və Ermənistanın Tehrandakı səfirliyi ilə yaxın əlaqədə olduğu üzə çıxıb. O yazdığı kitabda Marağanın keçmişdə erməni şəhəri olduğunu iddia edib. Gülünc dəlillər gətirən müəllif qeyd edib ki, guya ermənilər mühacir türklərin təzyiqi ilə Marağanı tərk etməyə məcbur olub. Nəfis şəkildə çap olunub və ucuz qiymətə satışa çıxarılan kitabın arxasında hansı qüvvələrin olduğunu anlamaq çətin məsələ deyil. Lakin buna cavab olaraq yazılan məqaləyə görə azərbaycanlı fəalın təqib olunması əlavə şübhələr doğurur. Baxmayaraq ki, Əsğər Məhəmmədzadənin paniranist qüvvələr və Ermənistan səfirliyi ilə əlaqədə olması bir çox suala aydınlıq gətirir.


Əsğər Məhəmmədzadə və məhkəmə tərəfindən Səid Minayiyə edilən təzyiq Azərbaycanın qələm əhli və mədəni fəallarının narahatlığına səbəb olub. Fəallar bunu Azərbaycan Milli Hərəkatına edilən təzyiqlərin tərkib hissəsi kimi qəbul edir.

 

Səid Minayi mətbuat və mədəniyyət sahəsində fəaliyyət göstərən güney azərbaycanlı milli-mədəni fəallardan biridir, o bundan əvvəl mədəni fəaliyyəti ilə əlaqədar saxlanılıb və təzyiqlərə məruz qalıb.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29