SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Süleyman Kazimi həbs edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəal Süleyman Kazimi həbs edilib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Süleyman Kazimi, barəsində çıxarılan 7 aylıq həbs cəzasını çəkmək üçün həbs edilib.

Fəalın hökmü fevralın 3-də icra olunub.

 

O Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərinin zindanında həbs olunub.

 

S.Kazimi 2015-ci il noyabrın 12-də irqçilik zəminində yayımlanan məlum təhqiramiz “Fitilə” televiziya verilişinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün azərbaycanlı 6 fəalla birlikdə Əhər şəhərində saxlanmışdır.

 

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi 2018-ci ilin sentyabr ayında S.Kazimi və onunla birlikdə saxlanılan fəallar barəsində birinci instansiya məhkəməsinin çıxardığı həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

 

2015-ci il noyabrın 6-da İranın dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı verilişində türklər kobud şəkildə təhqir edilmişdir. Buna etiraz olaraq bir neçə gün Güney Azərbaycan şəhərlərini kütləvi etiraz aksiyaları bürüdü, aksiyalar zamanı çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarıldı.

Əhər şəhərində keçirilən etirazlarda çox sayda soydaşımız saxlanmışdır.

 

S.Kazimi ötən illərdə mədəni fəaliyyətləri ilə əlaqədar bir neçə dəfə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar