SON XƏBƏRLƏR

Güney azərbaycanlı müəllimin son dərəcə fədakar olduğunu göstərən GÖRÜNTÜLƏR

2021.10.20, 07:36
Güney azərbaycanlı müəllimin son dərəcə fədakar olduğunu göstərən GÖRÜNTÜLƏR

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda ağır şəraitdə şagird yetişdirən bir müəllimin son dərəcə fədakar olduğunu göstərən görüntülər yayılıb.

 

Görüntülər sosial şəbəkələrin istifadəçilərinin xüsusi diqqətini çəkib, onlar azərbaycanlı müəllim Məhəmməd Sadiqinin çəkdiyi zəhmətləri təqdir ediblər.


Məhəmməd sadiqi Şərqi Azərbaycan Əyalətində yerləşən Çaroymaq şəhərinin “Dağ kəndi” sakinidir.

 

O səmimi şəkildə həyatını ağır şəraitdə təhsil alan şagirdlərinə həsr edib.


Azərbaycanlı müllim çox acınacaqlı vəziyyətdə olan, palçıqdan tikilmiş bir dərs otağında tədris edir. Şəkillərdə göründüyü kimi, şagirdlər sınıq oturacaqlardan istifadə edir.

 

 

 

 

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar