SON XƏBƏRLƏR

Güney azərbaycanlı öyrənci Məleykə Qaragözlü həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı öyrənci Məleykə Qaragözlü həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Tehranda etirazlar zamanı saxlanılan Güney azərbaycanlı öyrənci fəal Məleykə Qaragözlü (Dəniz) həbs cəzasına məhkum edilib.

 

Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika üzrə təhsil alan öyrəncinin 6 ay azadlıqdan məhrum edildiyi bildirilir.

 

Azərbaycanlı öyrənci 2019-cu il dekabrın 1-də 600 milyon riallıq vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Məleykə Qaragözlü 2019-cu il noyabrın 18-də Tehranda bahalığa qarşı keçirilən etirazlar zamanı Tehran Universitetinin qarşısında saxlanmışdır. O sərbəst buraxılanadək “Sepah”ın kəşfiyyat bölümünün Evin zindanındakı korpusunda saxlanılıb və bir çox təhdidlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar