SON XƏBƏRLƏR

Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfa azadlığa buraxılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfa azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı öyrənci, siyasi fəal Yaşar Darülşəfa Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıb.

 

O 2020-ci il dekabrın 1-də 41 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Yaşar noyabr 21-də təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılaraq Evin zindanının Ettelaat Nazirliyinin nəzarətində olan 209-cu korpusuna aparılmışdır.

 

Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai rifah ixtisası üzrə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantura pilləsində təhsil alır.

 

Yaşarın qardaşı Kavə Darülşəfa da noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar