SON XƏBƏRLƏR

Güney Azərbaycanlı öyrəncidən “İranın gələcəyi və ədalət istəyi” mövzusunda keçirilən konfransda kəskin çıxış... – VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycanlı öyrəncidən “İranın gələcəyi və ədalət istəyi” mövzusunda keçirilən konfransda kəskin çıxış... – VİDEO

Gunaz.tv

GünAz TV: Bu həftə Təbriz Universitetinin Vəhdət salonunda “İranın gələcəyi və ədalət istəyi” mövzusunda keçirilən konfransda güney azərbaycanlı öyrəncilərdən biri kəskin çıxış edib.

 

Oktyabrın 8-də edilən çıxışın videosu sosial şəbəkələrdə geniş yayılıb.

 

“Siz bir neçə ildir ədalət tələb edirsiniz, lakin Azərbaycan 90 ildir bu istiqamətdə addım atır. Təəssüflər olsun ki, son 90 ildə Azərbaycanın siyasi qüdrəti kəskin şəkildə azalıb. Halbuki siyasi qüdrət ədalətin reallaşmasında rol oynayan əsas amillərdən biridir.”- deyə öyrənci fəal çıxışının bir hissəsində qeyd edib. 

 

Azərbaycana qarşı mədəni ayrı-seçkilik, milli kimliyimizin inkar edilməsi və Azərbaycanı zəiflətmək məqsədi ilə aparılan iqtisadi siyasətdən bəhs edən öyrənci İranda ədalətsizliyin dərin köklərinə işarə edib.

 

O vurğulayıb ki, qanuni tələblər təmin olunmayacağı təqdirdə, Azərbaycan özünü oğulluğa götürülmüş övlad kimi hesab edəcək, sizin işlərinizə qarışlamayacaq və bununla da ölkədə tədricən ədalətsizlik ədaləti kölgədə qoyacaq.

 

Azərbaycanlı öyrənci çıxış etdiyi zaman tədbirdə iştirak edən digər türk öyrəncilər “Ədalət Azərbaycana şamil edilmir”, “farsca yetərlilik testi ədalətə ziddir” və s. kimi sözlər yazılmış kağızlar nümayiş etdiriblər.

 

Öyrəncinin çıxışını fars dilində dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=77&v=wmyZ67oRJkg

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar