SON XƏBƏRLƏR

Güney azərbaycanlı qadının kamera qarşısında cəsarətli sözləri: Biz nə zamanadək dözməliyik?! - VİDEO

2021.10.20, 07:36
Güney azərbaycanlı qadının kamera qarşısında cəsarətli sözləri:  Biz nə zamanadək dözməliyik?! - VİDEO

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Güney Azərbaycanın qəhrəman qadınlarından biri İran rejiminin kamerası qarşısında hökuməti sərt tənqid edib.

 

O “Sepah” terror qruplaşmasının ünvanına kəskin tənqidlər səsləndirib.

“Biz nə zamanadək bu vəziyyətə dözüb və susmalıyıq?! Cənab Sərdar Sülemani, iddia edirsiniz ki, hər şeydən xəbəriniz var. O zaman deyin ki, bu silahlar özbaşına məmurların əlinə hardan keçib? Bizim uşaqlarımızın silahı yoxdur... .

Biz gənclərimizə deyə bilmərik ki, bahalığa görə etiraz etməyin.

Biz ən azından kimsədən çəkinmədən sözlərimizi deməliyik. Bizə sözlərimizi eşidən və cavabdeh adam lazımdır.

Mənim anamın 70 yaşı var, artıq yeriyə bilmir. Maraqlıdır, cənab Cənnəti o yaşda bir ölkənin işləri barədə necə qərar verə bilər?!”- deyə azərbaycanlı qadın bildirib.

 

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycan şəhərlərində rejimin ayrı-seçkilik və sosial siyasətinə qarşı etirazlar artıb. Oxşar açıqlamalara vaxtaşırı müxtəlif şəhərlərdə rast gəlinir.

 

Azərbaycanlı qadının cəsarətli çıxışını olduğu kimi izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?time_continue=35&v=JD7WVnizN_o&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar