SON XƏBƏRLƏR

Güney azərbaycanlı qədın fəal Apellyasiya Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı qədın fəal Apellyasiya Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı fəal xanım Nəsim Sadiqi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinə çağırılıb.

 

Məhkəmənin elektron sistemi tərəfindən dekabrın 17-də fəala göndərilən çağırış vərəqəsində ondan dekabrın 20-də  Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinə müraciət etməsi istənilib.

 

Təbriz sakini olan azərbaycanlı fəal sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. O “müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

 

Nəsim Sadiqi bundan əvvəl məhkəmə prosesində irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir.

 

Fəal həmçinin məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelərdən asılı olmamağa çağırıb.

 

2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar