SON XƏBƏRLƏR

Güney azərbaycanlı şair və yazıçı Rəhim Qulami həbsxanaya qayıtmayacaq

2021.10.20, 07:36
Güney azərbaycanlı şair və yazıçı Rəhim Qulami həbsxanaya qayıtmayacaq

Gunaz.tv

GünAz TV: Novruz bayramından əvvəl məzuniyyətə buraxılan güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami bir daha həbsxanaya qayıtmayacaq.

 

Bu barədə Məhkəmə Elektron Sistemi tərəfindən fəala məlumat göndərilib. O həmçinin aprelin 4-də Ərdəbil Həbsxanasının Hökmləri İcra edən Bölümünə müraciət etdiyi zaman ona məhkumluq müddətinin başa çatdığı bildirilib.

 

Azərbaycanlı fəal martın 12-də Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb. Onun məhkum edildiyi 1 illik həbs müddətinin 3 ayı qalmışdır.

 

Ehtimal olunur ki, azərbaycanlı fəalın həbsinin başa çatması İran Məhkəmə Sisteminin ötən günlərdə verdiyi qərarla bağlıdır. Qərarda bildirilib ki, 5 ildən az həbs cəzası olan siyasi məhbuslar həbs müddətinin üçdə birini çəkdiyi təqdirdə azad oluna bilər.

 

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılıb. Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Kazım Səfabəxş və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar