SON XƏBƏRLƏR

Güney azərbaycanlı taekovandoçu qızıl medal qazanıb – Yaponiya Qran-Pri yarışlarında

2021.10.20, 07:36
Güney azərbaycanlı taekovandoçu qızıl medal qazanıb – Yaponiya Qran-Pri yarışlarında

Gunaz.tv

GünAz TV: Güney azərbaycanın Miyana şəhərindən olan  taekovandoçu Yaponiya Qran-Pri yarışlarında qızıl medal qazanıb.

 

Mir Haşim Hüseyni 68 kq çəki dərəcəsində Mekzikadan olan Ruben Nava ilə yarışda rəqibini 19:12 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

 

Azərbaycanlı idmançı İspaniya, Braziliya və öz ölkəsindən olan rəqiblərini məğlub etdikdən sonra final mərhələsinə yüksəlmişdir.

 

2019 Yaponiya Qran-Pri yarışlarının ikinci mərhələsi sentyabrın 13-dən Yaponiyanın Çina şəhərində başlayıb, yarışlar 3 gün davam edəcək.

 

Mir Haşim Hüseyni ötən il İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarının final mərhələsində İngiltərədən olan Avropa çempionu Kristian Makniş ilə yarışda rəqibini 36:20 hesabı ilə məğlub edərək yarışların çempionu olmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar