Güney Azərbaycanlıların İran hökumətinin işğalçı Ermənistan rejiminə hərbi dəstəyinə qarşı etirazlar ərəfəsində 3 milli fəal həbs edilib

2020-10-18 16:19

Güney Azərbaycan xalqının İran hökumətinin işğalçı Ermənistan rejiminə silah-sursat baxımından yardım göstərməsinə qarşı kütləvi etirazlar ərəfəsində 3 milli-mədəni fəal həbs edilib.

Gunaz.tv Quote | Gunaz article


Yayılan məlumata əsasən, İranın mülki geyimli təhlükəsizlik qüvvələri (ETTELAAT əməkdaşları) oktyabrın 17-də Təbrizdə milli-mədəni fəallar Rəsul Rəzəvi, Əkbər Mühaciri və Hüseyn Məhəmmədiyanın mənzillərinə basqın edərək, hər üç fəalı tutub naməlum istiqamətə aparıblar. 


Həbs edilən fəalların hazırda harada saxlanılması və onların konkret nədə günahlandırılması barədə hələlik hər hansı bir məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Güney Azərbaycan fəalları sosial şəbəkələrdə əhaliyə çağırış edərək, onları İran hökumətinin təcavüzkar və işğalçı Ermənistan rejiminə silah-sursat göndərməsinə qarşı kütləvi etirazlara çağırıblar.


Bildirilir ki, oktyabrın 18-i axşam saat 17:00-da Güney Azərbaycanın bütün şəhərlərində keçirilməsi nəzərdə tutulan kütləvi etirazlarda aksiyaçılar İran rejiminin ermənilərə hərbi baxımdan dəstək verməsinə qarşı etiraz bildirərək, Nurduz sərhəd gömürüyünün bağlanılmasını tələb edəcəklər. 


Bundan başqa, Güney Azərbaycanın paytaxtı olan Təbriz şəhərinin bazarındakı bütün ticarət obyektləri ilə mağaza sahibləri də Ermənilərin iki gün əvvəl Gəncədə törətdiyi hərbi cinayətə və dinc əhalini qətliam etməsinə etiraz əlaməti olaraq, bu gün (oktyabrın 18-i) mağazalarını bağlayaraq işi dayandıracaqlarını bildiriblər. 


Yayılan məlumata əsasən, Güney Azərbaycanlı fəalların etirazların keçirilməsi ilə bağlı sosial şəbəkələrdə xalqa etdiyi çağırış İran rejiminin vahiməsinə səbəb olub. Nəticədə son günlər həmin etirazcların keçirilməsinə mane olmaq üçün İranın təhlükəsizlik qüvvələrinin dinc milli-mədəni fəallara qarşı təzyiq və təhdidi artıb, qanunsuz həbslərin həyata keçirilməsinə səbəb olub.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27

gun az article

Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27

gun az article

Milli fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi zindanına köçürülüb

2020-10-27

gun az article

Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27

gun az article

GünazTV Oct.26.2020: PARLAQ GƏLƏCƏK: Quzey Azərbaycan ordusunun zəfəri, Pan-İranizm’in kədəri

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26

gun az article

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26

gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24