SON XƏBƏRLƏR

Güney çalxalanır

2021.10.20, 07:36
Güney çalxalanır

Gunaz.tv
Güney çalxalanır zanjan_1iyul.jpg "ABŞ İran müxalifətinə, hakim reжimə qarşı ölkədə və İrandan kənarda olan qurumlar, qrup və hərəkatlara $400 milyon ayırıb". Birləşmiş Ştatların nüfuzlu "The New Yorker" жurnalının dünyaca məşhur yazarı Seymur Hörş yeni məqaləsində bildirir ki ki, ABŞ Konqresində respublikaçı və demokrat senatorlarla konqresmenlərin təsdiqlədiyi əməliyyat planına görə, həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsiylə bağlı apardığı işləri dayandırmayan İrandakı mövcud reжimi hakimiyyətdən uzaqlaşdırmaq üçün əməli tədbirlər görülməyə başlanıb, Tehran rejiminə qarşı gizli əməliyyatlar aktivləşdirilib. ABŞ prezidenti Corc Buşun göstərişi ilə İrana qarşı əməliyyatlarla bağlı xüsusi qrup yaradılıb və ora Ağ Ev administrasiyasının hələlik adı çəkilməyən nüfuzlu mənsubu təyin edilib. "Birləşmiş Ştatların xüsusi təyinatlı strutkurları ötən ildən bəri İraqın şimalından İrana qarşı transsərhəd əməliyyatlarını həyata keçirirlər. Bu əməliyyatlar zamanı İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Sepahe Pasdaran") nəzdindəki "Əl Qüds" birləşməsinin üzvləri ələ keçirilir, onlar İraqa gətirilərək sorğu-sual edilirlər. Əməliyyatların digər məqsədi isə "Pasdaran" və "Əl Qüds"ün önəmli mənsublarının yaxalanması, ya da qətlə yetirilməsi idi. Lakin indi Mərkəzi Kəşfiyyat İdarəsinin də qatıldığı əməliyyatların miqyası və sahəsi böyüyüb", - S.Hörş yazır. Amerikalı hərbi ekspert Sem Qardner isə bildirir ki, ABŞ-ın Tehrandakı reжimi devirmək üçün sıx əlaqədə olduğu qruplaşmalar arasında kürdlərin terrorçu PKK təşkilatının İranda fəaliyyət göstərən bölməsi olan PЖAK da var. Ancaq ABŞ-ın İrandakı radikal və müxalif təşkilatlara ünvanladığı pul seli soydaşlarımızdan yan keçib. Hər halda S.Hörşlə S.Qardner bu barədə heç nə demirlər. Bu arada isə Güney Azərbaycanındakı soydaşlarımızın siyasi lideri Mahmudəli Çöhrəqanlının seçki qərargahının rəhbəri Afşin İrfan Xosrovşahi qətlə yetirilib. Hüquq müdafiəçisinin cəsədi üç gün əvvəl Təbrizdəki ofisində tapılıb. Onun boğularaq qətlə yetirildiyi bildirilir. "BayBək" və "Azad Tribun" saytları İrandakı mənbələrə istinadən bildirirlər ki, A.Xosrovşahinin ofisinə İran İnformasiya Nazirliyinin əməkdaşları baş çəkəndən bir qədər sonra onun dünyasını dəyişlməsi vurğulanır. Yas mərasiminin iştirakçıları da deyirlər ki, Xosrovşahinin bədənində zorakılıq nişanələri varmış. Təbrizdəki "Milli İnkişaf və Oyanış Cəmiyyəti"ndən (MİOC) verilən məlumata görə, qətl iyunun 21-də, gecə saat 10 radələrində törədilib. "4-5 nəfər Xosrovşahinin Təbrizdəki Bağırxan küçəsində yerləşən ofisinə gəliblər. Afşini öldürməzdən qabaq onu xeyli döyüblər. işgəncələr veriblər. Sonra da milli fəalı asıblar. Azərbaycanla bağlı siyasi və mədəni səpkilərdə fəaliyyətlərinə görə Xosrovşahi son vaxtlar naməlum şəxslər tərəfindən dəfələrlə ölümlə hədələnmişdi", - MİOC-dan bildirildi. Xosrovşahinin ailə üzvləri, qohumları və tərəfdaşlarının qətiyyətli israrları nəticəsində Təbriz polisinin rəhbərliyi vəd edib ki, bu müəmmalı qətl araşdırılacaq. Afşin İrfan Xosrovşahi 1996-cı ildə İran parlamentinə keçirilən seçkilər zamanı GAMOH lideri Mahmudəli Çöhrəqanlınının seçki qərargahına rəhbərlik etmişdi. 30 yaşlı Əfşin İrfan Xosrovşahinin qətlini məişət zəminində cinayət saymaq bir qədər çətindir. Belə ki, bir qədər əvvəl milli fəal Qədir Sadiqi Təbrizdə günün günorta çağı naməlum şəxslər tərəfindən öldürülüb. Srağagün isə Güney Azərbaycanının milli-azadlıq hərəkatının fəallarından olan Fərhad Möhsininin cəsədi tapılıb. 2006-cı ilin may ayında "İran" qəzetində azərbaycanlıları tarakan kimi təsvir edən karikaturalara etiraz məqsədilə genişmiqyaslı aksiyaların iştirakçısı Möhsini güllə yarası alaraq, həbs olunmuşdu. "Savalanın səsi" bildirir ki, Fərhad Möhsininin ailəsi onun axtarışına çıxıb dövlət strukturlarına müraciət etsələr də, bir nəticə hasil olmamışdı. Ailədən verilən məlumata görə, iyunun 11-də İranın xüsusi xidmət orqanları F.Möhsininin cəsədini Təbriz morquna eksqumasiya üçün veriblər: "Bundan sonra xəbərdarlıq aldıq ki, baş verən hadisə barədə kimsəyə danışmayaq". Təbrizdəki "El Gücü" cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, Fərhad Möhsinini öldürəndən sonra "Elgölü" gölünə atıblar. Bu arada iyulun 1-də Babəkin doğum günü münasibətilə ənənəvi olaraq Bəzz qalasına yürüşə hazırlaşan soydaşlarımızın qarşısında həmişə olduğu kimi, ən müxtəlif əngəllər qoyulur. GAMOH fəallarının dediklərinə görə, bu gün sadəcə Bəzz və ya yerlilərin təbirincə desək "Cümhur" qalasına yürüşlə kifayətlənməyəcəklər: "Təbriz, Marağa, Ərdəbil, Urmu, Astara, Ənzəli, Xoy, Mərənd və daha 12 şəhərdə Babəkin ad günü qeyd olunacaq, bayram ediləcək. Eyni zamanda, Bəzz qalasında Azərbaycan Milli Qurultayı keçiriləcək. Güney Azərbaycanının milli-azadlıq hərəkatının ən tanınmış simalarından biri Abbas Lisani ötən qurultayda belə tədbirlərin çox önəmli olduğunu vurğulamışdı". Yürüş və şənliklərə qatılmaq niyyətində olan soydaşlarımız isə İranın xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən ciddiyyətlə sorğu-suala tutulur, onlara Babək qalasına yürüşə qatılmamaq tapşırılır. Milli fəal, Sulduz şəhərindəki "Yeddigöz" istirahət məkanında ailəsi ilə olarkən tutulan Hüseyn Hüseynidən isə hələ də bir xəbər yoxdur. Ərdəbil universitetinin tələbəsi H.Hüseyninin hazırda Ərdəbil şəhər həbsxanasında olduğu güman olunur. Srağagündən etibarən Kəleybər şəhərindən Bəzz qalasına olan ərazidə xeyli hərbçi və polis yerləşdirilib, postlar qurulub. İran rəsmiləri bunu hərbi təlimlərin başlanması ilə əlaqələndirirlər. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar