Azərbaycan Respublikasından və Güney Azərbaycandan olan karate ustaları dünya sıralamasında 1-ci və 3-cü yerləri bölüşürlər.
Gunaz.tv
Bu barədə Qəzvin əyalətinin Karate Federasiyasının prezidenti Həmidrza Davəri məlumat verib.
O, mətbuata verdiyi açıqlamada qəzvinli idman ustası Bəhmən Əsgərinin 75 kiloqrama qədər karateçilər arasında dünya sıralamasında ilk yeri qoruyub saxladığını bildirib.
Onun dediyinə görə, bu sahə üzrə ikinci yeri italiyalı idmançı Loyqa Busa, üçüncü yeri isə Azərbaycan Respublikasından olan karateçi Rafail Ağayev tuturlar.
Qəzvin əyalətinin karate idman növü üzrə seçilmiş nümayəndələri Əliəsgər Asiyabəri, Məcid Həsən Niyay və Əmir Rza Mirzayi də 60 kiloqram çəkili idmançılar arasında dünyada seçilmiş ən güclü karateçilər sırasındadırlar.
C.E