SON XƏBƏRLƏR

Güneydə gənclərin “Əyləncə kampaniyası” – “Səni deyirlər” - VİDEO

2021.10.20, 07:36
Güneydə gənclərin “Əyləncə kampaniyası” – “Səni deyirlər” - VİDEO

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə başladılan kampaniya davam etdirilir.

 

Gənclər güneyli müğənni İbrahim (Ətabək) Əlizadənin ”Səni deyirlər” mahnısının sədaları altında rəqs edirlər. Gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, eyni zamanda İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edirlər. Qısa zamanda sosial şəbəkədə papulyarlıq qazanan kampaniyaya minlərlə insan qoşulub. Onlar müxtəlif yerlərdə, avtomobil yolunda, evdə “Səni deyirlər” mahnısınının sədaları ilə milli rəqs edib sosial şəbəkədə paylaşırlar.

 

Kampaniyaya qoşulan gənclər güney azərbaycanlılarla məhdudlaşmır, onların arasında türkiyəli və quzey azərbaycanlı gənclərə də rast gəlinir.

 

https://www.youtube.com/watch?time_continue=1&v=zaK6d90Xp6E

 

https://www.youtube.com/watch?time_continue=2&v=iRF0OWy4JYc

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar