SON XƏBƏRLƏR

Güneydə gərginlik davam edir

2021.10.20, 07:36
Güneydə gərginlik davam edir

Gunaz.tv
Güneydə gərginlik davam edir Təbriz Universitetinin 37 tələbəsi cəzalandırıldı İyulun 10-da Təbriz Universitetinin 37 tələbəsi cəzalandırılıb. Onlar bir il müddətində ali təhsil müəssisəsinin yataqxanasında qalmaq hüququndan məhrum ediliblər. Tələbələr həmin müddətdə təhsillərini də davam etdirə bilməyəcəklər. DAK mətbuat xidmətinin xəbərinə görə, tələbələrin arasında Güney Azərbaycan Milli Hərəkatının tələbə fəallarından olan Nadir Mehdi Qarabaği da var: "Bundan əlavə, fəal tələbələrdən biri olan Səccad Radmehr də indiyədək elmi işini müdafiə edə bilmir. İran hökuməti Azərbaycanla bağlı elmi iş yazdığına görə ona müdafiə etməyə imkan vermir". Xatırladaq ki, Güney Azərbaycanın ali təhsil müəssisələrində "EURO-2008"də mübarizə aparan futbol üzrə Türkiyə milli komandasına azarkeşlik edən güneyli tələbələrlə fars tələbələr arasında qarşıdurma baş verib. Təhqir və təzyiqlərə, həbs və cəzalara məruz qalan soydaşlarımız universitetdə etiraz aksiyası keçirib. Nəticədə 37 fəal tələbə Təbriz Universitetinin İnzibati Komitəsinə çağırılıb. Bu arada İran hökuməti Ərdəbil Universitetinin tələbələrinin hazırlayıb nəşr etdiyi "Sayan" dərgisini qapadıb. Jurnal Güney Azərbaycanın tarixi və mədəniyyəti, ictimai problemlərindən yazırdı. Jurnala bir müddət Güney Azərbaycan Milli Hərəkat fəalı Əsgər Əkbərzadə rəhbərlik edib. Ancaq o, ali təhsilini başa vurduqdan sonra dərginin baş redaktorluğundan gedib. İyulun 9-da Ərdəbil İnqlab Məhkəməsinin qərarı ilə milli fəallardan Əsgər Əkbərzadə və Hüseyn Hüseyni müvəqqəti azadlığa buraxılıb. Onlardan birincisi 30 min dollar, ikincisi isə 10 min dollar dəyərində girov qoyub. DAK bildirir ki, hər iki fəal ETTELAAT əməkdaşları tərəfindən həbs olunub və İran Təhlükəsizlik Nazirliyinin Ərdəbil şəhərindəki təcridxanasına aparılaraq işgəncəyə məruz qoyulub. Onlar İranın ərazi bütövlüyünü parçalamaq və ölkə daxilində ixtişaşlar yaratmaqda ittiham olunurlar. Bu arada Güney Azərbaycan Milli Hərəkatının xanım fəallarından biri, tanınmış jurnalist, hüquq müdafiəçisi Şahnaz Qulami yenidən həbs olunmaq təhlükəsi ilə üzləşib. İyulun 9-da Təbriz İnqilab Məhkəməsinə çağırılan Şahnaz Qulami İran hökumətinin əleyhinə təbliğat aparmaqda ittiham olunur. Şahnaz Qulami Güney Azərbaycan türklərinin milli haqlarını və qadın hüquqlarını müdafiə etdiyinə görə bir neçə dəfə həbs olunub və işgəncələrə məruz qalıb. "Olaylar" İnformasiya Agentliyi isə xəbər verir ki, bu iyulun 3-də həbs olunmuş Xorasan türklərindən olan yazıçı-jurnalist, milli fəal Əli Əkbər Tahiridən hələ də xəbər yoxdur. Gecə saatlarında baçqınla həbs edilmiş yazıçının nədən tutulduğu bəlli deyil. X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar