SON XƏBƏRLƏR

Güneydə həbsdəki tələbələrin azadlığı üçün kampaniya başlayıb

2021.10.20, 07:36
Güneydə həbsdəki tələbələrin azadlığı üçün kampaniya başlayıb

Gunaz.tv
Güneydə həbsdəki tələbələrin azadlığı üçün kampaniya başlayıb article_1218802053.gif Güney Azərbaycanda həbs olunmuş tələbələrin azadlığa buraxılması kampaniyası həyata keçirilib. İran Azərbaycanında 750 yazıçı, ziyalı , milli fəal və tələbə İran Azərbaycanında həbs olunan tələbələrin sərbəst buraxılmasını tələb ediblər. Bu haqda Güney Azərbaycan Tələbə Hərəkatı vebsaytı məlumat yayıb. Məlumata əsasən, son günlərdə 10 nəfərə yaxın güney azərbaycanlı tələbə İran polisi tərəfindən həbs edilib. Güney Azərbaycan Tələbə Hərəkatının üzvu Heydər Yaşlı bu haqda bildirib ki, son günlərdə həbslərin sayı azalıb, lakin, keçən ay həbsə salınmış tələbələr indiyədək azadlığa buraxılmayıb. Onun sözlərinə görə, hələlik, İran rəsmiləri Güney Azərbaycandakı kampaniyaya qarşı reaksiya göstərməyiblər. Təbriz Universitetində 4 tələbə ( Səccad Radmeh, Aydin Xaceyi, Fəraz Zəhtab və Amir Mərdani) Rəşt Universitetində 3 tələbə ( Vədud Əsədi, Hüseyn Rəhimi ve Möhsün Rəhimi) Zəncan Universitetində 2 tələbə ( Bəhram Vahidi və Surna Haşimi) və keçmiş tələbə, fəal Şahrox Hatəmi həbs ediliblər. Mürəciəti imzalayanlar bu həbslərə etirazlarını bildirərək, bütün insan haqları üzrə çalışan mudafə qurumlarından tələbələrin azadlığı uğrunda fəallıq göstərməyi tələb ediblər. Keçən həftə ərzində Təbrizin Özəl Universitetində çalışan üç tələbə təşkilatı ( Arman, Birlik Dərnəyi, İslami Tələbələr Dərnəyi) və Muşarikət Partiyasının Təbrizdəki gənclər qanadı açıq məktubla həbslərə öz etirazlarını bildiriblər. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar