SON XƏBƏRLƏR

GÜNEYDƏ TƏLƏBƏLƏRİN TƏLƏBLƏRİ YERİNƏ YETİRİLDİ

2021.10.20, 07:36
GÜNEYDƏ TƏLƏBƏLƏRİN TƏLƏBLƏRİ YERİNƏ YETİRİLDİ

Gunaz.tv
GÜNEYDƏ TƏLƏBƏLƏRİN TƏLƏBLƏRİ YERİNƏ YETİRİLDİ Ali məktəbdə əxlaqsız hərəkət edən məmur işdən qovuldu 724.jpg Zəncan Universitetinin tələbələrinin iyunun 16-dan etibarən keçirdikləri etiraz aksiyası dayandırılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlıdan aldığımız məlumata görə, tələbələrin irəli sürdüyü tələb yerinə yetirildikdən sonra universitetdə keçirilən etiraz tədbirinə son verilib. Qeyd edək ki, iyunun 16-da 500-dək tələbə universitetin qapılarını bağlayaraq müəllim və tələbələri ali məktəbin binasına buraxmamışdılar. Bundan sonra təhsil ocağı ETTELAAT qüvvələri tərəfindən mühasirəyə alınmışdı. A.Qaradağlının güneydəki mənbələrə istinadən bildirdiyinə görə, tələbələr universitetdəki inzibati komitənin sədr müavini Mədədinin işdən azad edilməsinə nail olduqdan sonra aksiyanı dayandırıblar: “Mədədi universitetdə təhsil alan bir qıza təcavüz etmək istəyirmiş. Bu olay böyük hay-küyə səbəb olub və tələbələr etiraza qalxıblar. Məlumata görə, milliyyətcə fars olan Mədədi yaxasını işdən çıxarılmaqla qurtara bilməyəcək. Tələbələr onun mühakimə edilməsini də tələb edirlər. Hətta tələbələr bu iyrənc səhnəni videokamera ilə çəkə də biliblər”. Qeyd edək ki, hələlik həmin qızın adı açıqlanmır. 20 gün bundan əvvəl həbs edilmiş ərdəbilli milli hərəkat fəalı Əskər Əkbərzadənin harada olduğu isə bilinmir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən bildirildiyinə görə, ailəsinin sorğularına hələ ki, cavab verilmir. Gələn məlumatlarda hərəkatçının ETTELAAT-ın həbsxanasında ağır işgəncələrə məruz qaldığı bildirilir. Qeyd edək ki, mayın 21-də həbs edilmiş hərəkat fəalı “Savalanın səsi” və “Azərnyus” saytları ilə əməkdaşlıqda suçlandırılır. Təhlükəsizlik qüvvələri hərəkatçının ailəsinə mediaya çıxışı yasaqlamışdı. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar