SON XƏBƏRLƏR

Güneydən işgəncə xəbərləri gəlir. Əkbər Hüseynzadənin əllərində siqaret söndürülüb

2021.10.20, 07:36
Güneydən işgəncə xəbərləri gəlir. Əkbər Hüseynzadənin əllərində siqaret söndürülüb

Gunaz.tv
Güneydən işgəncə xəbərləri gəlir Əkbər Hüseynzadənin əllərində siqaret söndürülüb Güney Azərbaycanda hər il iyulun birinci həftəsində keçirilən Babək qalasına yürüşöncəsi həbsdə olan milli fəallara qarşı işgəncələrin artması ilə bağlı məlumatlar yayılıb. Güneydəki mənbələrin məlumatına görə, həbsdə saxlanılan milli fəallara qarşı işgəncələr tətbiq edilməsi barədə məlumatları təkzib edən qurumlar indi bu barədə məlumatların məhkumların ailələrinə çatdırılmasında və bu vasitə ilə yayılmasında maraqlı görünürlər. Səbəb yürüşə qatılacaq soydaşlarımıza həbs olunacaqları təqdirdə onları gözləyəcək aqibət barədə xəbərdarlıq etməkdir. Məsələn, 22 may olaylarının ildönümü ərəfəsində həbs edilən Əkbər Hüseynzadənin əllərinə siqaret basılaraq söndürülüb və bu barədə milli fəalın ailəsi də məlumatlandırılıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar