“İran Vətəndaşlığın Qeydiyyatı İdarəsi” iki aylıq güneyli körpəyə adının türkcə olduğuna görə sənəd verməkdən imtina edir.
Gunaz.tv
“Anar”ın atası Həsən Əmirpur İran hökumətinin anti-türk siyasətinə etiraz edərək yazıb ki, doğum haqqında şəhadətnamənin verilməməsi ailə üçün çoxlu problemlər yaradıb. Bununla yanaşı sənədsizlik Anara peyvənd vurulması və müalicə kitabçasının alınmasınada əngəl törədib.
H.Əmirpur Təbriz şəhərinin sağlamlıq ocağının “sənəd və milli kodun olmamasına görə körpəyə iki aylığında qulluq və peyvənd vurulması ilə bağlı sistemdə heç bir məlumat qeyd olunmayıb” yazısını əks etdirən sənədi paylaşıb.
O yazıb: “Özünün dil qurumun olmadığına görə, dil, mədəniyyət və ədəbiyyatdan heç bir anlayışı olmayanlar sənin yerinə qərar verirlər. Bunu edən məsullar sənin soyundan olmalarına baxmayaraq tərəddüd etmədən, düşünmədən və iradəsizcəsinə mərkəzdə oturanların göstərişini yerinə yetirirlər.
Bu idarələrdən biri, Türk dilini bilmədən bəzi adlara müdaxilə dib valideynlər üçün problem yaradan Vətəndaşlığın Qeydiyyatı İdarəsidir. Doğum şəhadətnaməsi, milli kodun olmaması mülaicə kitabçasının alınması və vaxtında peyvən vurulmasını da imkansız edir”.
Xatırladaq ki, bundan bir neçə ay öncə Xiyav (Meşgin) şəhərində anadan olan “Ozan” və “Varan” ekizlərinə, Tikantəpədə “Onur”a adlarının türkcə olduğu üçün sənəd verilməsi problemə çevrilmişdir.
İranın “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin məsulları yalnız idarənin elektron siyahısında qeyd olunan adların sənədləşdirilməsinə icazə verirlər. Bu siyahıda isə demək olar ki türk adları yoxdur. "Türk adları"nın çoxu bu sistemdə qeydiyyata alınmır və təşkilat tərəfindən "qanunsuz" sayılır.
C.E