Güneyli aparıcıya təhqiramiz şəkildə xəbərdarlıq edilib: “Sən səhv eləyib Azərbaycana salam deyirsən...” – GÖRÜNTÜ

05.09.2018, 10:59

GünAz TV: Şərqi Azərbaycan Teleradio Şirkətinin aparıcısı Məhəmməd Fərşbaf İnstaqram səhifəsində bir mətləb yayaraq senzura məmurunun ona Azərbaycana salam verməklə bağlı təhqiramiz şəkildə xəbərdarlıq etdiyini qeyd edib.


O baş verən hadisə ilə bağlı bunları yazıb:


“Bir gecə açıq havada çəkilən bir verilişdə monitorda özümü və arxamdakı Təbrizin parıltılı işıqlarını gördüm. Vəcdə gəlib və dedim: Arxamda Təbriz, üzbəüzümdə isə böyük Azərbaycanımıza salam deyirəm. Demək istədim ki, Şərqi Azərbaycan əhalisi məni televiziyadan izlədiyi üçün, mən onların önündəyəm və Təbriz mənim arxa tərəfimdə yerləşir.


Bir gün sonra senzura məmuru bir mesaj verdi: “Xəritəyə görə, Təbriz arxanda olanda, Azərbaycan Respublikası sənin üzbəüzündə yer tutur. Sən səhv edirsən (bu söz qələt eləyirsən mənasında işlədilib) oraya salam göndərirsən.”


Mən buna cavab olaraq dedim ki, “Xəritə bir kağızdır və şərti olaraq yuxarı tərəf şimal adlanır. Əslində mən üzü şərqə tərəf dayanmışdım. Daxili şəhərlərdən Tehran və Məşhəd, xarici ölkələrdən isə Əfqanıstan mənim üzbəüzümdə idi.”


O bunun cavabında dedi: “Mən bu sözlərlə işim yoxdur. Sabahdan Azərbaycana salam versən aramız dəyəcək”- deyə aparıcı İnstaqram səhifəsində yazıb.


Senzura məmurları əksər halda Ettelaat İdarəsi və İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) əlaltılarından seçilir. Panfarsizm məktəbinə qulluq edən senzuraçılar aparıcılara təzyiq göstərərək qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin milli kimliyini təhrif və zəiflətməyə çalışırlar.

 


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30