SON XƏBƏRLƏR

Güneylı fəallar “Bəngü Türk” və “Iran International” telekanallarında “Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsini şərh edib - VİDEO

2021.10.20, 07:36
Güneylı fəallar “Bəngü Türk” və “Iran International” telekanallarında “Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsini şərh edib - VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Məhsa Mehdili və Kərim Əsğəri “Bəngü Türk” və “Iran International” telekanallarının verilişinə qatılaraq noyabrın 1-də Güney Azərbaycanın “Traxtur” və Tehranın “İstiqlal” komandalarının görüşündə Azərbaycan komandası tərəfdarlarının Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmaları və İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyata dəstək verməsini şəhr ediblər.

 

Görüş zamanı Təbrizin səhənd stadionunda türk əsgərinə hərbi salam verilib, “Türkiyə - Türkiyə” şüarları səsləndirilmişdir.

 

Xanım Məhsa Mehdili “Bəngü Türk” kanalında qatıldığı verilişdə İran rejimi, hətta rejimə qarşı olan İrançı qüvvələrin  PKK terror təşkilatına dəstək verdiyini, lakin Azərbaycan türklərinin hər zaman Türkiyənin yanında olduğunu bildirib.

 

Verilişi aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=5&v=_XPZXr0wp2k

 

Güney azərbaycanlı fəal, siyasi təhlilçi Kərim Əsğəri isə eyni mövzü ilə bağlı “Iran International” kanalının verilişinə dəvət olunub. Verilişin digər qonağı Peyman Arif hər zaman olduğu kimi, paniranizm və şovinizm mövqeyindən çıxış edib. O özünü azəri (azərbaycanlı) kimi təqdim edib, lakin onun nə qədər manqurt olduğunu elə bu verilişdən anlamaq mümkündür.

 

Kərim Əsğəri öz söhbətində İranda Azərbaycan türk millətinə qarşı tətbiq olunan ayrı-seçkilik siyasəti, Azərbaycan Milli Hərəkatı və rejimə qarşı edilən etirazlar və bu kimi mövzular ətrafında danışıb.

Peyman Arif isə radikal mövqe sərgiləyərək Pəhləvi rejiminin 1946-ci ildə Güney Azərbaycanda həyata keçirdiyi qətliamı xatırladaraq bu faciənin yenidən təkrar oluna biləcəyini bildirib. O dolayısı yolla azərbaycanlıların haqlı etirazları və öz müqəddəratını təyin etmə tələbinin qaşılığını qətliamda gördüyünə ehyam vurub.

 

Verilişi aşağıdakı Link-dən olduğu kimi izləyə bilərsiniz:

https://iranintl.com/%D9%88%DB%8C%D8%AF%DB%8C%D9%88/%DA%86%D8%B4%D9%85-%D8%A7%D9%86%D8%AF%D8%A7%D8%B2-%D8%B3%D9%87%E2%80%8C%D8%B4%D9%86%D8%A8%D9%87-%DB%B1%DB%B4-%D8%A2%D8%A8%D8%A7%D9%86-%D8%AD%D8%A7%D8%B4%DB%8C%D9%87-%D9%87%D8%A7%DB%8C-%D8%A8%D8%A7%D8%B2%DB%8C-%D8%AA%D8%B1%D8%A7%DA%A9%D8%AA%D9%88%D8%B1-%D8%A7%D8%B3%D8%AA%D9%82%D9%84%D8%A7%D9%84%D8%9B-%D8%B4%D8%B9%D8%A7%D8%B1%D9%87%D8%A7%DB%8C-%D8%AC%D8%AF%D8%A7%DB%8C%DB%8C-%D8%B7%D9%84%D8%A8%D8%A7%D9%86%D9%87-%DA%86%DA%AF%D9%88%D9%86%D9%87-%D8%A8%D8%A7%DB%8C%D8%AF-%D8%A8%D9%87

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar