SON XƏBƏRLƏR

Güneyli gənc qız Azərbaycan Milli Hərəkatın bayrağını müxtəlif yerlərdə nümayiş etdirir – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Güneyli gənc qız Azərbaycan Milli Hərəkatın bayrağını müxtəlif yerlərdə nümayiş etdirir – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağına dəstək verən azərbaycanlıların sayı günü-gündən artmaqdadır.

 

Son məlumata görə, Güney Azərbaycan şəhərlərinin birində gənc bir qız Milli Hərəkatın bayrağını yaşadığı məntəqənin müxtəlif yerlərində nümayiş etdirir.

 

Milli-mədəni fəal etiket şəkilində hazırladığı bayraqları şəhərin çox hərəkətli yerlərində divarlara yapışdırır.

 

Təhlükəsizlik məsələləri ilə əlaqədar kimliyi açıqlanmayan gənc fəalın bu hərəkəti azərbaycanlı internet istifadəçiləri tərəfindən alqışlanıb, onlar fəalın video və görüntülərini sosial şəbəkələrdə paylaşaraq onun bu hərəkətini təqdirəlayiq mədəni tədbir adlandırıblar.

 

https://www.youtube.com/watch?v=KJRwjSiDg4U

 

https://www.youtube.com/watch?v=qts6_pJCw-8

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar