Güneyli sənətçinin əsərləri İsveçrədə sərgilənib

2021-03-11 09:19

Ərdəbilli rəssam və fəal Mustafa Pərvin'in sənət əsərləri, Fransızdilli sənətçi Dr.Jek Perger tərəfindən İsveçrədə "Mənim Cəsarətim" sərgisində sərgiləndi.

Gunaz.tv Quote | Gunaz article

Dr.Perger Mustafa Pərvinin əsərlərini təqdim edərək "İrana ikinci səfərimdə ifadə azadlığı uğrunda mübarizə aparan iranlı rəssam və sənətkar Mustafa Pərvinlə görüşmək şansım oldu. O, indiyə qədər əsərlərini İranda sərgiləmək imkanı əldə edə bilməyib."


Cənab Pərvin güney azərbaycanlı türk fəal və İranda qadağan olunmuş siyasi sənətçilərdən biridir. Mədəniyyət və İslami Məarif Təşkilatının əsərlərini sərgi şəklində keçirməsi barədə razılığına baxmayaraq, həmişə təhlükəsizlik maneələri ilə qarşılaşır.


Bundan əvvəl, 2017-ci ilin noyabrında "Şirvan Dərəsi" adlı rəsm sərgisinin ləğv edilməsinə, təhlükəsizlik orqanlarının sənət sahəsinə qarışmasına etiraz olaraq Ərdəbildəki “Fədak Qalereyası”nda aksiyası keçirib və plakatlar asdı.


Bu hadisədən bir il sonra, 2018-ci ilin dekabrında təhlükəsizlik sisteminin müdaxilələrinə etiraz və siyasi məhbuslara dəstək məqsədilə, öz evində sənətçilərin və mədəni fəalların geniş rəğbəti ilə qarşılanan "Evin" adlı sərgi təşkil etdi.


Mustafa Pərvin, əsərlərində cəmiyyətdə yanlış və zorakı fenomenlərə, özəlliklə İranda insan haqları pozuntularına qarşı etirazını ifadə etdiyini, onları söz azadlığının olmadığı bir durumda coğrafiya, cəmiyyət və hakim şərayitdən təsir alaraq yaratdığını bildirib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04