Güneyli siyası məhbusa qarşı qanunsuzluq: Öncədən xəbər vermədən məhkəmə iclası keçirilib

2021-03-31 11:05

Siyasi məhbus Əlirza Fərşi öncədən heç bir bildiriş almadan məhkəmə iclasına aparılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə “Böyük Tehran” (Fəşafuyə) həbsxanasında saxlanılan milli-mədəni fəal, siyasi məhbus Əlirza Fərşinin kamera yoldaşları ailələri ilə telefon əlaqəsi zamanı məlumat veriblər. Məlumata görə, siyasi fəal bir bildiriş və xəbərdarlıq almadan qandallanaraq Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinə aparılıb.

Bu gün martın 31-i saat 10:00-da keçirilən məhkəmə iclasında öncədən bildirilmədiyi üçün siyasi məhbusun vəkili iştirak edə bilməyib.

Bundan öncə, fevral ayının 15-də Əlirza Fərşi yaydığı açıq məktubda, öncədən bildirilmədən Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində mühakimə olunduğunu və yalnız mühakimədən qabaqkı gecə bu barədə xəbərdarlıq aldığını demişdi.
 
"Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə həbs olunan milli-mədəni fəalla qarşı son məhkəmə iclaslarının keçirilmə tərzi, təhlükəsizlik qurumlarının ona qarşı təzyiqlərinin çoxalması, məhkumluğunun ağırlaşdırılmasına hazırlıqdan xəbər verir.

Bir müddət öncə Əlirza Fərşi özünə qarşı qurama və tapışırıq əsasında keçirilən məhkəmə iclaslarının şahidi olduğunu bildirmiş, məhkəmə sistemi məsullarından tələb etdmişdi ki, qanunsuzluqlara laqeyd qalmasınlar. 

Qeyd edək ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. 

Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. 

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
 

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16