Güneyli yazıçı Fəthi Xoşginabinin anım günüdür

2021-03-22 09:53

​​​​​​​Azərbaycanın görkəmli yazıçısı Fəthi Həmzə oğlu Xoşginabinin doğum günüdür. 

Gunaz.tv Quote | Gunaz article

Fəthi Xoşginabi 22 mart 1922-ci ildə Cənubi Azərbaycanın Xoşginab kəndində, kəndli ailəsində dünyaya gəlib. İlk təhsilini elə doğulduğu kənddəki mədrəsədə alan Xoşginabi məktəbdə cəmi bir il təhsil ala bilir. Ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq işləmək üçün İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik edir. Fəthi Xoşginabi XX əsrin 40-cı illərində siyasi hərəkata qoşulur. 

Yazıçı 1946-cı il dekabrın 12-də siyasi mühacir kimi Sovet Azərbaycanına gəlir. O, 1946-1956-cı illərdə dövlətin rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi işləyir. 
Eyni zamanda Xoşginabi 1967-1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifələrində çalışır. 1956-1958-ci illərdə Moskvada ali ədəbiyyat kursunu bitirir. 1961-1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji işdə işləyir.

Fəthi Xoşginabi 1964-1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirib. Yazıçı 1979-cu il İran inqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann şairlər və yazıçılar cəmiyyətini yaradıb və 1979-1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərib. Xoşginabi həmin cəmiyyətin orqanı kimi “Ülkər” dərgisini təsis edib. Bir il sonra təkrar Moskvaya dönərək ömrünün sonuna qədər burada yaşayıb.

Fəthi Xoşginabi ədəbi fəaliyyətə orta məktəb illərində, on beş yaşında ikən  yazdığı miniatür şeirlər və nəsr əsərləri ilə başlayıb. Onun əsərləri Cənubi Azərbaycanın həyatından bəhs edir. 1941-ci ildən etibarən yazıçının şeir, hekayə və məqalələri mütəmadi olaraq mətbuat orqanlarında işıq üzü görüb. Xoşginabi 1945-ci ildən sonra Azərbaycan türkcəsində yazıb-yaradır. O, eyni zamanda, tərcümə fəaliyyəti ilə də məşğul olur. 
1945-1946-cı illər Milli demokratik hərəkatı Fəthi Xoşginabinin yaradıcılığında yeni bir mərhələnin başlanğıcı olub. Kəskin siyasi, ictimai mövzulu məqalələri, satirik şeir və yazıları bu dövrün məhsuludur. “Zeynəb”, “Züleyxa”, “Məsum və Məsumə”, “Mehri”, “İbrahim” kimi hekayələri, ilk irihəcmli əsəri olan “Eşq və müharibə” povesti də bu illərin yeni tərz, realist və demokratik ruhlu bədii nəsrinin və ədəbi-populist nəsrin təməlini təşkil edir.

Fəthi Xoşginabi siyasi mühacirətdə olduğu zaman yazıçı kimi fəaliyyətinə Quzey Azərbaycanda davam edib. “Ata” (1959), “İki qardaş” (1959), romanları və “İki dost” (1951), “Son bayraqdar” (1956), “Hekayələr” (1956), “Məhəbbət və nifrət” (1965) adlı hekayələrdən ibarət kitabları bu dövrdə nəşr edilib.
Xoşginabi mühacirət illərində dram əsərlərinin müəllifi kimi də şöhrət qazanıb. Onun  “Siyavuş”, “Bijen və Menijə” adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində uğurla səhnələşdirilib. 

Fəthi Xoşginabi 1989-cu ildə Rusiyanın paytaxtı Moskvada vəfat edib.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09