SON XƏBƏRLƏR

Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi olub”

2021.10.20, 07:36
Gürcü deputat: “20 Yanvar Azərbaycan üçün dönüş nöqtəsi olub”

Gunaz.tv

GünAz TV: “20 Yanvar yeni, müstəqil, azad və inkişaf edən Azərbaycan üçün dönüş nöqtəsi olub”.

 

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Mosidze jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, həmin gün azadlıq tələb edən Azərbaycan xalq can verməkdə olan imperiyanın qalıqları altında əzilib: “Gürcüstanda da 1989-cu il aprelin 9-u faciəvi tarixdir. Lakin eyni zamanda məhz həmin faciəvi günlərdə həm Azərbaycan, həm də Gürcüstanda yeni dövr yarandı”.

 

Deputat Azərbaycanın hər zaman müstəqil olaraq inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Azərbaycanın inişafına nə hər hansı bir xarici qüvvə, nə də hər hansı bir çəkişmə mane ola biləcək”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar