SON XƏBƏRLƏR

Gürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib

2021.10.20, 07:36
Gürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib

Gunaz.tv
Gürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib tiflis.jpg Tiflis – APA. Gürcüstan xarici işlər nazirinin birinci müavini Georgi Bokeriya ilə nazir müavini Qriqol Vaşadze BMT baş katibinin Gürcüstan üzrə dost ölkələr qrupuna daxil olan ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın səfirləri və digər təmsilçiləri ilə görüş keçiriblər. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, görüşdə iyulun 8-də Rusiya hərbi təyyarələrinin Gürcüstanın hava məkanını pozması faktı geniş müzakirə edilib. Xarici diplomatlar Gürcüstan tərəfinin narahatlığını bölüşərək bu ölkənin ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiklərini bildiriblər. Tərəflər məsləhətləşmələri davam etdirmək qərarına gəliblər. Daha sonra Q. Vaşadze Çinin Gürcüstandakı səfiri Van Kayvenlə görüşərək rəsmi Pekindən Rusiyanın təcavüzünə müvafiq qiymət verməsini xahiş edib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar