SON XƏBƏRLƏR

Gürcüstan ilk qadın prezidentini seçdi

2021.10.20, 07:36
Gürcüstan ilk qadın prezidentini seçdi

Gunaz.tv

GünAz TV: Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticəsini açıqlayıb.

 

Seçki bülletenlərinin 100 faizinin sayılmasından sonra müstəqil namizəd Salome Zurabişvili səslərin 59,52%-ni, müxalif namizəd Qriqol Vaşadze isə 40,48%-ni toplayıb.

 

Bununla da, Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Zurabişvili növbəti 6 ildə Gürcüstanın ilk qadın prezidenti seçilib. Konstitusiyaya uyğun olaraq Zurabişvilinin inaqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.

 

Seçkilərin ikinci turunda Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib. İkinci turdakı ümumi seçici fəallığı isə 56,23% təşkil edib. Lakin bu göstərici ölkə hüdudlarından kənarda yaşayan seçicilərə aid deyil.

 

Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilərdir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.

 

Həm Gürcüstan, həm də Fransa vətəndaşı olan Zurabişvili bundan əvvəlki - 2013-cü ildəki prezident seçkilərinə də namizədliyini vermişdi, lakin ikili vətəndaşlığına görə onu qeydiyyata almamışdılar. Çünki Gürcüstan konstitusiyasının 29-cu maddəsinə uyğun olaraq, ikili vətəndaşlığa malik Gürcüstan vətəndaşı ölkənin prezidenti, baş naziri və parlamentin sədri postunu tuta bilməz. Bu səbəbdən də, Zurabişvili 2018-ci ilin avqustunda Fransa vətəndaşlığından imtina edərək seçki marafonuna qatılıb. Azvision.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar