SON XƏBƏRLƏR

Gürcüstan MDB-dən uzaqlaşır

2021.10.20, 07:36
Gürcüstan MDB-dən uzaqlaşır

Gunaz.tv
Gürcüstan MDB-dən uzaqlaşır Gürcüstan 1995-ci ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında imzalanmış Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilədən çıxdığını bəyan edib. Dünən rəsmi Tiflisin notası Rusiyanın bu ölkədəki səfirliyinin təmsilçisinə təqdim edilib. MDB ölkələrinin vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılmasıyla bağlı ilkin razılaşma 1995-ci ildə Alma-Atada əldə olunub və bu struktura Ermənistan, Belorus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türksenistan, Özbəkistan və Ukrayna daxil olub. Xatırladaq ki, Gürcüstan bir neçə müddət öncə MDB ölkələri müdafiə nazirləri şurasından çıxdığını bəyan etmişdi. Bu fakt rəsmi Tiflisin MDB-dən uzaqlaşmaq siyasətini ardıcıllıqla həyata keçirdiyini təsdiqləyir. Gürcüstan bu addımla həm də Birləşmiş Ştatların və NATO-nun raket hücumundan müdaifə sisteminə qoşulmaqla bağlı qərarında israrlı olduğunu nümayiş etdirir. xalq cəbhəsi qəzeti -------------------------------------------------------------------------- "Əsas xətt tariximizin öyrənilməsi olmalıdır" Fəzail İbrahimli: "Biz sanki dünyanı qucaqlayıb, birdən-birə öyrənmək istəyinə düşmüşük" Ramiz Mikayıloğlu Orta ümumtəhsil məktəblərimizdə Azərbaycan və dünya tarixiylə bağlı dərs saatlarının nisbəti, dərsliklərimizin durumuyla əlaqədar Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Vaqif Abışovun təşəbbüsüylə "Xalq Cəbhəsi" bu ətrafda ictimai müzakirələrə start verib. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz tarixçi professor, millət vəkili Fəzail İbrahimli deyir ki, mövcud tarix dərslikləriylə ali məktəblərə imtahan verir, həmin kitablarla savad almış şagirdlərimiz tələbə olur, magistratura və aspirantura pillələrini qurtarırlar. Ona görə də birmənalı şəkildə demək olar ki, o dərsliklər vasitəsiylə təhsil almaq olar. Ayrı-ayrı dərsliklərə münasibətə gəlincə, hər bir dərsliyin özünün qüsuru, nöqsanı var, ideal dərslik yoxdur. Hətta sovet dövründə çox böyük senzuralardan keçən dərsliklərin özləri də nəsildən- nəsilə təkmilləşdirdi. Yəni bu proses daim davam etməyi, təkmilləşməyi sevir. Cəmiyyətdə gedən ictimai-siyasi proseslərin məziyyətlərini özündə əks etdirməyi bacaran dərsliklər olmalıdır. Ona görə də hansısa dərsliyi götürərək müzakirəyə çıxarmaq və ümumi dərsliklər barədə danışmaq ayrı-ayrı mövzulardır. Bununla belə, Fəzail İbrahimli vurğulayır ki, hətta ali məktəblərə qəbul imtahanlarının özündə qloballaşmaya meyl prosesi özünü göstərir. Məsələn, Yaponiyada, İngiltərədə, Fransada sorğu aparılsa, onların şagirdlərinin Azərbaycan barədə zərrə qədər də məlumatları yoxdur. Biz sanki dünyanı qucaqlayıb, birdən- birə öyrənmək istəyinə düşmüşük. Tarixçi professora görə, bu cəhətdən dərsliklərdə, saatların nisbətində müəyyən qədər təkmilləşmə aparılmalıdır. Buna opponent cavabı belə ola bilər ki, biz şagirdlərin dünya görüşünün formalaşması, dünya hadisələri, dünyada geden proseslər, dünya tarixi haqqında məlumatlar məcmuəsi əldə etmələrini istəyirik. Ancaq o halda bir əldə iki qarpız tutmaq olmaz. Ya öz millətinin, xalqının tarixini daha çox dərindən öyrənmək, ya da hamısı haqqında ümumi məlumat almaq olar. Bəzən Azərbaycan tarixinin tədrisi, saatları, yaxud qəbul imtahanları belə təəssürat yaradır ki, elə bilirsən bu, Azərbaycan tarixi yox, dünya tarixinin bir tərkib hissəsidir: "Bir daha təkrarlayıram ki, heç amerikalı, yaxud monqol Azərbaycanın harada yerləşdiyini bilmir. Monqolustanda dərsliyə heç Azərbaycanla bağlı nəsə salarlar? Biz isə dnyanın elə bir xalqı, milləti yoxdur ki, onu uşaqların başına lazımsız formada yeritməyək. Bəli, bu, sistemli şəkildə öyrənilməli, epizodik məsələlər olmalıdır. Amma bunlar hamısı Azərbaycan tarixinin öyrənilməsi fonunda baş verməlidir. Ana xətt tariximizin öyrənilməsi olmalıdır". Fəzail İbrahimli dedi ki, qəbul imtahanlarında Azərbaycan və dünya tarixindən düşən sualların sayı eynidir. Əgər bu gün Azərbaycan tarixini gözəl bilən, onun məntiqi təhlilini verən bir gəncimizə sual düşsə ki, Çində "boksyorlar üsyanı" nə vaxt olub, uşaq həmin sualı bilmirsə, qiymət almır və ali təhsildən kənarda qalır. Ancaq Çin dərsliklərində Azərbaycanla bağlı bir kəlmə də yoxdur. Buna görə də tarix dərsliklərimizdə böyük islahata ehtiyac duyulur. Onun sözlərinə görə, sovet təhsil sistemində olan tariximizdəki ardıcıllıq bu gün də saxlanılır: "Mən güman edirəm ki, bu məsələrlə bağlı söz demək lazımdır". Tarixçi alim bildirdi ki, Təhsil Nazirliyinə, yaxud kitabı yazan, xüsusi dəsti-xəttə malik müəlliflərə belə sual verilsə, deyəcəklər ki, 8 milyonluq xalqın tarixini öyrənməklə şagirddə hərtərəfli dünyagörüşü formalaşdırmaq olmaz: "Hər bir kəs ilk növbədə öz tarixini dərindən bilməlidir. Tarixi bilmək təkcə hansısa müharibə haqqında anlayış demək deyil. Azərbaycanın tarixini, mədəniyyətini, mənəviyyatını bilən insanlar Azərbaycanın taleyüklü məsələlərində irəlidə gedə və dövlətin idarə edilməsində daha ciddi rol oynaya bilir". O, maraqlı bir misal da çəkdi. 1920-ci il aprel çevrilişindən, yəni sovet hökuməti gələndən sonra Böyükağa Talıblı deyib ki, Azərbaycan rəhbərliyi düzgün seçilməyib, Sərkisin, Mirzəyanın ölkəmizdə rəhbər olmaq haqqı yoxdur: "Böyükağa Talıblının arqumenti nədən ibarət idi? Vurğulayırdı ki, əgər Sərkis və Mirzəyandan soruşsan Bakı nədir, onlar deyərlər ki, Bakı Xəzər dənizinin sahilində yerləşir, bu şəxslər Azərbaycanın tarixini, mədəniyyətini, mənəviyyatını bilmirlər. Xalqının tarixini, mədəniyyətini, mənəviyyatını bilməyən insanlar də bu ölkəni idarə edə bilməzlər. Bu, 1920-ci ildə deyilib. Ancaq bu gün də həmin düstur qüvvədədir. Biz uşaqlarımızı gələcəyə hazırlayırıq". Onun sözlərinə görə, dünyanın bütün filosoflarının irəli sürdüyü ideyalar, peyğəmbərlərin fikirləri, müqəddəs kitabdakı bütün anlamların məqsədi ondan ibarətdir ki, gələcək nəsil yüksək vətənpərvərlik ruhunda böyüsün. Bütün pedoqoji institutlar, elmi-tədqiqatlar da buna yönəlib: "Tarix həmin milli ruha xidmət edən ən böyük fəndir. Ona görə də tariximizi, mədəniyyətimizi bilməyən, tarixi keçmişimizi dərindən mənimsəməyən insan heç vaxt bütöv ola, milləti sevə və milli kalori ilə zəngin ola bilməz". Tarixçi-professor vurğulayır ki, dərsliyin kefiyyətindən daha çox dərslərə verilən saatlar daha ciddi problemdir. Dərsliyin kefiyyəti tamam başqa məsələdir. Dərsliklərin yazılışı iki mərhələ keçib. Birincisi, müstəqillik yazılandan sonrakı mərhələdir. Bu mərhələdə tələm-tələsik bir istiqamət vermək və bu işi tez başa çatdırmaq lazım idi. Ona görə də o zaman dərsliklərin hazırlanmasında tələsikliyə yol verilib. İkinci mərhələdə yeni dərslik yazarkən müəlliflərə müraciət olunub və əsasən ali məktəb müəllimlərin dəsti-xətti müəyyənləşib. Onlar da ali məktəblərdə tədris etdikləri mühazirə mətnini olduğu kimi həmin kitablara köçürdüblər. Məsələn, VIII sinif Azərbaycan tarixi dərsliyinə baxanda görürsən ki, ali məktəbdəki mühazirə kurslarıdır. Ancaq dərslik yazmaq tamam başqa məsələdir. Dərsliyi yazan müəllifin mütləq orta məktəblə bağlı təcrübəsi olmalıdır. Yəni psixologiya elmini, şagirdlərin psixologiyasını, pedaqoji tələblərin qaydalarını bilməlidir. Dərslik yazan akademik, çox böyük alim də ola bilər, lakin onun da hələ dərslik yazmaq hüququ yoxdur: "Çox dərin savadlı bir ali məktəb müəllimi ola bilər. Əgər pedoqogikanı, şagirdlərin yaş psixologiyasını, qavrama qabiliyyətini, qeyri-ixtiyari diqqətin nə olduğunu bilmirsə, mütləq o, yanılmaya yol verəcək və yazdığı kitabı şagirdlər kifayət qədər qavraya bilməyəcəklər. Çox savadlı alim kitab yazanda çalışır ki, elmin ən böyük dərinliklərinə varsın, ancaq burada artıq şagirdlərin yaş dövrü, qavrama qabiliyyəti unudulur. Ömüründə bir dəfə orta məktəbdə dərs deməyən, orta məktəbi qurtarandan sonra böyük sürətlə professor, alim olan insan dərslik yazmaq ixtiyarında deyil". Ancaq tarixçi-professor bütünlüklə tarix dərsliklərimizə qara eynəklə baxmağın də tərəfdarı deyil: "Biz mövcud dərsliklərlə təhsil veririk, şagirdərimiz xarici ali məktəblərdə oxuya bilirlər. Əgər Azərbaycanda xüsusən humanitar sahəyə sənəd verəndə 1 yer uğrunda 10 nəfər mübarizə aparırsa, buradan nəticə çıxarmaq olar ki, bu dərsliklər də kifayətdir, lakin bununla arxayınlaşıb oturmaq olmaz. Yuxarıda sadaladığım cəhətlər mütləq növbəti dərs yazılışında, tədrisdə nəzərə alınmalıdır". Baloniya prosesinə daxil olduğumuzu xatırladan Fəzail İbrahimli güman edir ki, bu prosesə uyğun dərsliklər də yenidən yazılmalıdır. xalq cəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar