SON XƏBƏRLƏR

Gürcüstan Müdafiə Nazirliyi: “İki gündə 7 rus təyyarəsi vurulub”_ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı: “Gürcüstanda iki təyyarəmiz vurulub”

2021.10.20, 07:36
Gürcüstan Müdafiə Nazirliyi: “İki gündə 7 rus təyyarəsi vurulub”_ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı: “Gürcüstanda iki təyyarəmiz vurulub”

Gunaz.tv
Gürcüstan Müdafiə Nazirliyi: “İki gündə 7 rus təyyarəsi vurulub” teyyare-vuran.jpg Son iki gündə Gürcüstan Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus 7 təyyarəni vurub. Lent.az-ın xəbərinə görə, bu barədə Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya bildirib. O, rus təyyarələrinin Gürcüstanın hava sərhədlərini pozduğu üçün vurulduğunu deyib: “Sonuncu təyyarə yarım saat əvvəl Qori yaxınlığında – Tkviavi rayonunda vurulub”. LENT.AZ --------------------------------------------------------------------- Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı: “Gürcüstanda iki təyyarəmiz vurulub” vurulan-rus-teyyaresi.jpg Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Gürcüstanda təyyarələrinin vurulması faktının nəhayət ki, etiraf edib. Lent.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, Baş Qərargahın rəis müavini general-polkovnik Anatoli Naqovitsın Gürcüstan ərazisində iki rus təyyarəsinin vurulduğunu bəyan edib. Onun sözlərinə görə, vurulan təyyarələr Su-25 və Tu-25 döyüş təyyarələridir. Anatoli Naqovitsın döyüşlərdə 12 rus hərbçisinin öldürüldüyünü, 150-nin yaralandığını bildirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar