SON XƏBƏRLƏR

Gurcüstan ordusu Abxaziya ərazisində hərbi əməliyyatlara başlayır?

2021.10.20, 07:36
Gurcüstan ordusu Abxaziya ərazisində hərbi əməliyyatlara başlayır?

Gunaz.tv
Bu bəyanatla qondarma Abxaziya respublikasının müdafiə nazirinin müavini Harri Kupalba çıxış edib Gurcüstan ordusu bir neçə gün ərzində Abxaziya ərazisində hərbi əməliyyatlara başlaya bilər. Bu bəyanatla qondarma Abxaziya respublikasının müdafiə nazirinin müavini Harri Kupalba çıxış edib. O qeyd edib ki, Gürcüstan bu əməliyyatı xarici hərbi mütəxəssislərlə birgə hazırlayıb və Kodor dərəsinin aşağı hissəsində, sahilyanı ərazilərdə yerləşən vacib obyektlərin tutulması məqsədini daşıyır. Gürcüstanın xarici işlər nazirliyinin nümayəndəsi isə bu məlumatları təxribat adlandıraraq bildirib ki, rəsmi Tiflis adı çəkilən ərazilərdə hərbi əməliyyata hazırlaşmır. "Bu cür bəyanatlar tamamilə əsassızdır və təxribat xüsusiyyətlidir. Onların bu bəyanatları verməkdə məqsədləri Gürcüstan tərəfini hövsəldən çıxarmaq və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqdır". Gürcüstanın xarici işlər nazirliyinin nümayəndəsi belə deyib. Qeyd edək ki, rəsmi Tiflis artıq dəfələrlə Abxaziya, eləcə də Cənubi Osetiya münaqişələrinin ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar