SON XƏBƏRLƏR

GÜRCÜSTAN ORDUSUNDA AZƏRBAYCANLILAR DA DÖYÜŞÜR

2021.10.20, 07:36
GÜRCÜSTAN ORDUSUNDA AZƏRBAYCANLILAR DA DÖYÜŞÜR

Gunaz.tv
GÜRCÜSTAN ORDUSUNDA AZƏRBAYCANLILAR DA DÖYÜŞÜR Zəlimxan Məmmədli: “Sakit Allahverdiyev borçalıların düşmənidir” 4448.jpg Gürcüstanda müharibənin getdiyi bir vaxtda Rusiya hərbi-sənaye kompleksinin strateji obyektlərindən olan “Axtuba” zavodunun baş direktoru, əslən azərbaycanlı Sakit Allahverdiyev həmyerliləri olan Borçalı əhalisinə müraciət edib. Sakit Allahverdiyev Borçalı əhalisini Mixail Saakaşviliyə qarşı çıxmağa, Gürcüstandakı hərbi səfərbərliyə qoşulmamağa və muxtariyyət tələb etməyə çağırıb. Məlumatlara görə, S.Allahverdiyev bu məqsədlə Moskvada yaşayan və əslən Borçalıdan olan nüfuzlu şəxslərlə görüşüb. Onları inandırmağa çalışıb ki, indiki vəziyyətdən istifadə edərək Borçalının muxtariyyətinə nail olunmalıdır. Sakit Allahverdiyevin çağırışının bölgə əhalisi tərəfindən necə qarşılandığını dəqiqləşdirmək üçün əslən Borçalının Sadaxlı kəndindən olan KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ilə söhbət etdik. Z.Məmmədlinin ilk sözü bu oldu ki, S.Allahverdiyev Borçalı azərbaycanlılarının düşmənidir: “Onun Gürcüstanın xarici ölkənin təcavüzünə məruz qaldığı bir vaxtda belə bir çağırış etməsi azərbaycanlılara düşmənçilikdən başqa bir şey deyil”. Z.Məmmədli vurğuladı ki, gündə bir neçə dəfə Borçalıdakı qouhmları ilə əlaqə saxlayıb vəziyyətlə maraqlanır: “Mənə məlumat veriblər ki, hamı Rusiyanın əlində faktiki girova çevrilən Sakit Allahverdiyevin həmin çağırışından hiddətlənib. Borçalılar bu imtahandan layiqincə çıxacaqlar, onlar demokratiyanın, Gürcüstan dövlətinin, onun Ali Baş Komandanının yanındadırlar. Azərbaycanlılar vətəndaş mövqeyi nümayiş elətdirirlər. Ölkədə həyata keçirilən səfərbərlikdə azərbaycanlılar da fəal iştirak etməkdədir. Gürcüstan vətəndaşı olan yüzlərlə soydaşımız bu ölkənin ordusunda hərbi xidmətdədirlər. Bu gün Gürcüstan ordusunun sıralarında azərbaycanlılar da işğalçıya qarşı döyüşür”. Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar