SON XƏBƏRLƏR

Gürcüstan-Rusiya arasınsa casus gərginliyi

2021.10.20, 07:36
Gürcüstan-Rusiya arasınsa casus gərginliyi

Gunaz.tv

GünAzTv: Gürcüstanda Rusiya vətəndaşlarının həbs edilməsi Moskvanın qəzəbinə səbəb olub. Gürcüstan rəsmiləri casusluq ittihamı əsasında 13 nəfəri həbs ediblər - onların arasında Rusiya vətəndaşları da var.

Rusiya vətəndaşlarının Gürcüstanda həbs edilməsini Rusiya XİN komediya və təxribat adlandırıb.

13 nəfər həbs edilib. Onların 9-u Gürcüstan vətəndaşı, 4-ü rusiyalıdır.

Rəsmi Tbilisi həbs edilənləri casus şəbəkəsini yaratmaq cəhdində ittiham edib.

Həbs edilənlərdən bəziləri Gürcüstan Hərbi Hava Qüvvələrinin pilotlarıdır. Digərləri biznesmenlərdi.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, onlar uçuş heyətləri və hərbi hazırlıqlar barədə Rusiya Hərbi Kəşfiyyatına məxfi məlumatlar ötürüblər.

Cəmi 2 il bundan əvvəl Rusiya və Gürcüstan arasında Cənubi Ossetiya və Abxaziya üzərində nəzarət uğrunda müharibə olub. Rusiya hazırda Cənubi Ossetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb.

Gürcüstan isə həmin qurumları öz suveren ərazisinin ayrılmaz hissəsi sayır və qeyd edir ki, həmin ərazilər Rusiya tərəfindən işğal olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar