SON XƏBƏRLƏR

Gürcüstan Rusiya təyyarələrini vurmaqla hədələdi

2021.10.20, 07:36
Gürcüstan Rusiya təyyarələrini vurmaqla hədələdi

Gunaz.tv
Gürcüstan Rusiya təyyarələrini vurmaqla hədələdi gurcustan.jpg Gürcüstan, ölkənin hava sərhədinin pozulduğu təqdirdə Rusiya təyyarələrini vurmaqla hədələyib. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, gürcü deputatları, o cümlədən müxalifəti təmsil edən deputatlar belə bir tələb irəli sürüblər. Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Nika Rurua Rusiya təyyarələrinin növbəti dəfə ölkənin ərazi bütövlüyünü pozduqda onların qalıqlarını yığmağın lazım gələcəyini vurğulayıb. Deputat Georgi Tortladze isə rus təyyarələrini vurmaq üçün vasitələrə malik olduqlarını vurğulayaraq, hökumətə müraciət etməyi tələb edib. Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını da tələb edib. Rəsmi Tiflis gürcü-abxaz və gürcü-osetin münaqişələri zonasındakı vəziyyətin kəskinləşməsini, eləcə də Rusiyanın açıq-aşkar Gürcüstanın ərazi bütövlüyünü pozmasını gündəliyə çıxartmaq niyyətindədir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar