Gürcüstan sürətli koronavirus testlərinin idxalı ilə bağlı Çin şirkəti ilə imzaladığı müqaviləni ləğv edib.

28.03.2020, 12:48

GünAz TV: Gürcüstan hökuməti sürətli koronavirus testlərinin idxalı ilə bağlı Çin şirkəti ilə imzaladığı müqaviləni ləğv edib.

 

Azərtacın yaydığı xəbərə görə, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, buna səbəb həmin testlərin qüsurlu və keyfiyyətsiz çıxmasıdır.

 

Məlumatda bildirilir ki, müqavilənin ləğvinin səbəbi istifadə edilən testlərdə qüsur aşkarlanmasıdır.

 

Qeyd olunur ki, bir müddət əvvəl Çin hökuməti tərəfindən koronavirusun sürətli aşkarlanması ilə əlaqədar Gürcüstana hədiyyə edilən 1000 ədəd «BioEasy» testlərində qüsur və çatışmazlıqlar aşkarlanıb. Bu səbəbdən bəzi Avropa ölkələri, eləcə də Gürcüstan imzalanmış müqaviləni ləğv edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz