SON XƏBƏRLƏR

Gürcüstan Ukraynadan hərbi kömək istədi

2021.10.20, 07:36
Gürcüstan Ukraynadan hərbi kömək istədi

Gunaz.tv
Gürcüstan Ukraynadan hərbi kömək istədi gurcustantanklari.jpg Kiyev milli maraqlarını nəzərə alacağını bildirir Gürcüstan Ukraynadan hərbi kömək istəyib. Lent.az-ın “qazeta 24” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini, Ukrayna prezidentinin Gürcüstanda xüsusi nümayəndəsi Konstantin Yeliseyev müsahibəsində bildirib. Yeliseyev müraciətə Ukraynanın milli maraqları nəzərə alınmaqla cavab veriləcəyini vurğulayıb: “Hələlik biz heç bir cavab verməmişik. Vəziyyəti öyrənirik. Qeyd etmək istəyirəm ki, Ukrayna beynəlxalq-hüquqi öhdəliklərini yerinə yetirəcək. O cümlədən bizim tərəfdaşlarımızla – Rusiya Federasiyası və Gürcüstanla ikitərəfli razılaşmalarımız və müqavilələrimiz nəzərə alınacaq”. Prezidentin nümayəndəsi Gürcüstanda baş verən hadisələrə bəzi NATO üzvlərinin münasibətindən şikayətlənib: “Vəziyyəti analiz etsəniz görərsiniz ki, bu ölkələr Gürcüstandakı münaqişə zamanı tam passiv mövqe tutublar. Bu tendensiya məni ciddi narahat edir”. Xarici işlər nazirinin müavini ATƏT, BMT və digər strukturların öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərini, Avropada stabilliyi təmin etmədiklərini və münaqişənin güclənməsinin qarşısını almadıqlarını vurğulayıb: “Bu səbəbdən də təəssüflə belə bir faktı qeyd etməliyik ki, bu gün Avropada NATO-dan başqa sülh və stabilliyi təmin edə biləcək başqa bir beynəlxalq struktur yoxdur”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar